Icma.az
close
up
RU
Orta Dəhliz boyu konteyner daşımalarının inkişafı müzakirə edilib FOTO

Orta Dəhliz boyu konteyner daşımalarının inkişafı müzakirə edilib FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çinin "COSCO" gəmiçilik şirkəti ilə Orta Dəhliz vasitəsilə konteyner daşımaları məsələsini müzakirə edib.

Avtosfer.az-ın Bakı Limanına istinadən verdiyi məlumata görə, görüş "COSCO"nun Avropa nümayəndəliyinin rəhbəri Vanq MinqFenqin və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Səfər zamanı qonaqlara Bakı Limanının İpək Yolunun inkişafındakı strateji rolu, Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsinə verdiyi töhfə, həmçinin karbon emissiyalarının azaldılması və davamlı logistika həllərinin tətbiqi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib. Nümayəndə heyəti həmçinin limanın inkişaf tarixi və əsas infrastruktur layihələri ilə tanış olub.

Görüşdə xüsusilə "COSCO" şirkətinin Orta Dəhliz vasitəsilə konteyner daşımalarının artırılmasında oynaya biləcəyi rol müzakirə edilib. Bakı Limanının logistika və yükdaşıma proseslərini daha yaxından görmək üçün nümayəndə heyətinə limanın ərazisinə baxış keçirilib, burada tətbiq olunan innovativ texnologiyalar nümayiş etdirilib.

Xatırladaq ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çini, Qazaxıstanı, Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı, Türkiyəni və Avropanı birləşdirən mühüm nəqliyyat arteriyasıdır. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının effektivliyini artırmaq məqsədilə "Middle Corridor Multimodal Ltd." adlı birgə dəmir yolu şirkəti yaratmaq haqqında saziş imzalayıb.

Orta Dəhliz vasitəsilə konteyner daşımaları davamlı artım nümayiş etdirir. 2024-cü ilin mart ayında Çinin Sian şəhərindən çıxan ilk konteyner blok-qatarı cəmi 11 gün ərzində Bakıya çatıb. Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib, 2024-cü ildə isə bu marşrutla daşınan konteynerlərin həcmi artıq 27 min TEU-dan çox olub ki, bu da 2023-cü illə müqayisədə 25 dəfə çoxdur.

Bundan əlavə, 2024-cü ilin may ayında Qazaxıstanın "KTZ Express" və Sinqapurun "Global DTC" şirkətləri Transxəzər marşrutu üzrə rəqəmsal dəhliz layihəsinə start verdiklərini elan ediblər. Bu layihə müasir rəqəmsal texnologiyalardan istifadə etməklə logistika proseslərinin avtomatlaşdırılmasına yönəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Fevral 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri