Icma.az
close
up
RU
Orta Dəhlizin beynəlxalq daşımalarda çəkisi artır

Orta Dəhlizin beynəlxalq daşımalarda çəkisi artır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib.

Toplantıda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla, ümumilikdə, 10 ölkədən nümayəndə heyəti iştirak edib.

Çıxış edənlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) regional nəqliyyat bağlantısının əsas arteriyalarından biri kimi yüksəlişdə olduğunu vurğulayaraq qeyd ediblər ki, ötən müddətdə TBNM BA-ya üzv dövlətlər arasında sıx əməkdaşlıq çərçivəsində yük əməliyyatlarının idarə olunması üçün kompleks tədbirlər, o cümlədən müasir analitik informasiya sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənməsi xidmətlərinin yaradılması həyata keçirilib. Bununla yanaşı, Sinqapurun “Global DTC” şirkətinin Orta Dəhliz üçün “Digital Trade Corridor” multimodal platforması və “Fast Customs” platformasını təqdim etməsi ilə əməliyyatların şəffaflığı artırılıb və nəzarət mexanizmləri gücləndirilib. Bakı – Tbilisi – Qars dəmiryol xəttinin yük ötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona çatdırılması və bu xətt üzrə yük əməliyyatlarının bərpa edilməsi xüsusilə qeyd olunub.

İclas iştirakçıları bildiriblər ki, əsas məqsəd yüklərin təhlükəsizliyini təmin etməklə vahid tarifləri razılaşdırmaqla və yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq. Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur qazanmağa imkan verəcək.

TBNM BA Hüquqi Şəxslər Birliyinin TBNM-in inkişafı üzrə işçi qrupunun 2025-ci il üçün təsdiqlənmiş tarif dərəcələri barədə məlumatı dinlənildikdən sonra 2025-ci ildə Orta Dəhlizlə yükdaşıma planı və onun icra planı təsdiqlənib. Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin Çinin Sian şəhərində nümayəndəliyinin açılması barədə qərar qəbul olunub.

Sonda iclasın protokolu, “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlər imzalanıb.

Tədbir işini “Xəzər dənizi vasitəsilə Orta Dəhliz” forumu ilə davam etdirib. Forumda dənizlə yükdaşımaların səmərəli təşkili, bu istiqamətdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri