Orta Dəhlizin buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Səməd Bəşirli
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri dərin tarixi əsaslara söykənir və xalqları ortaq tarix, din, adət-ənənələr və mədəni dəyərlər birləşdirir. Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı bildirib. Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, iki ölkə arasında bütün sahələr üzrə inkişaf edən əlaqələr dövlət başçılarının qəti siyasi iradəsi və birgə səyləri nəticəsində daha da möhkəmlənərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Nazir müavini qeyd edib ki, xüsusilə son illərdə Azərbaycan və Türkiyə arasında çoxtərəfli əməkdaşlıq dinamik şəkildə genişlənir və bu, hər iki ölkənin iqtisadiyyatına mühüm töhfələr verir. Azərbaycanın artan nəqliyyat və tranzit imkanları, regional və qlobal əhəmiyyətli layihələrdə fəal iştirakı, eləcə də Orta Dəhlizin təqdim etdiyi geniş logistika potensialı Türkiyə ilə qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni perspektivlər yaradır.
Səməd Bəşirli vurğulayıb ki, Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar həm iki ölkə, həm də region üçün tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Yaxın illərdə bu marşrutun buraxılış qabiliyyətinin ildə 25 milyon tona çatacağı gözlənilir.
O, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkətinin fəaliyyəti və digər amillərin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması beynəlxalq daşımalar üçün tranzit imkanlarının daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















