Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində “Orta Dəhliz regional inteqrasiyanın və infrastruktur əsaslı inkişafın katalizatoru kimi” mövzusunda panel müzakirəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, paneldə Azərbaycanın, Türkiyənin, Macarıstanın, Qazaxıstanın və Şimali Kipr Türk Respublikasının analitik mərkəzlərini və təşkilatlarını təmsil edən ekspertlər iştirak edirlər.
Müzakirəyə Azərbaycanın İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə moderatorluq edir.
Paneldə Orta Dəhlizin Türk Dünyası 2040 Vizyonu çərçivəsində strateji əhəmiyyəti, regional əlaqələndirmənin gücləndirilməsində rolu və türk dövlətlərini fiziki və iqtisadi baxımdan daha sıx birləşdirmək imkanları müzakirə olunur.
Müzakirələrdə infrastruktur standartlarının uyğunlaşdırılması, nəqliyyat sistemlərinin qarşılıqlı əlaqələndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi yolu ilə transsərhəd logistikanın səmərəliliyinin artırılması məsələlərinə diqqət yetirilir. Həmçinin Orta Dəhliz boyunca enerji, istehsal, kənd təsərrüfatı və logistika sahələrində regional dəyər zəncirlərinin formalaşdırılması imkanları nəzərdən keçirilir.
Müzakirələrin digər istiqamətlərini iri infrastruktur layihələrinin maliyyələşdirilməsi, çoxtərəfli inkişaf banklarının, suveren sərvət fondlarının və dövlət-özəl tərəfdaşlıqların rolu, eləcə də ticarət marşrutlarının şaxələndirilməsi təşkil edir.
Müxbirlər- Pərvanə Qafarova, Elmir Səftərov
Fotoqraf- Tofiq Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















