Orta Dəhlizin inkişafı üçün Aktau limanının akvatoriyasının dərinliyi 2 metr artırılacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 11 may, AZƏRTAC
Manqistau vilayətinin Aktau limanının sularında naviqasiya təhlükəsizliyini təmin etmək üçün dibin dərinləşdirilməsi əməliyyatları planlaşdırılır.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, akvatoriyanın dərinliyinin 1,5-2 metr artırılması planlaşdırılır.
Bu zaman Avropanın iri Jan de Nul şirkətinin xüsusi avadanlıqlarından istifadə olunacaq. Dibin dərinləşdirilməsi terminal imkanlarını genişləndirmək imkanını təmin edəcək.
Hazırda Aktau limanının ötürmə qabiliyyəti təxminən 15 milyon ton yük, o cümlədən 140 min İFE (iyirmi fut ekvivalent vahid) təşkil edir.
Texnikaların səfərbər edilməsi may ayında başa çatdırılacaq, işlərin özünün isə bu ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.
İşlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta Dəhliz) inkişafı üzrə kompleks tədbirlər proqramının bir hissəsidir və artan yük axınına xidmət göstərməyə imkan verəcək.
2025-ci ilin birinci rübündə TBNM vasitəsilə konteyner daşımalarının həcmi 3,5 dəfə artaraq 25 min İFE-yə çatıb (2024-cü ilin eyni dövründəki 7,2 min İFE ilə müqayisədə).
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 11 May 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















