Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Orta Dəhlizin inkişafında Azərbaycanın artan rolu

Orta Dəhlizin inkişafında Azərbaycanın artan rolu

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tranzit daşımaları baxımından son dərəcə əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan ölkə ərazisindən keçən dəhlizlərin inkişafına, beləliklə də regional kommunikasiyaların genişlənməsinə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ölkəmizin regional kommunikasiyaların inkişafında oynadığı mühüm rol bu dəfə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Olderdays tərəfindən yüksək qiymətləndirilib. Onilliklərə söykənən möhkəm iqtisadi əlaqələr əsasında Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən qürur duyduğunu bildirən ticarət elşisi respublikamızın Orta Dəhlizin formalaşmasında oynadığı rolun xüsusilə böyük imkanlar yaratdığına ayrıca vurğu edib.

Böyük Britaniya rəsmisinin belə bir dəyərləndirmə ilə çıxış etməsi təsadüfi deyil. Bu, reallığın səmimi dost etirafıdır. Hazırda ölkəmiz aktuallığı hədsiz dərəcədə artan Orta Dəhlizin əsas həlqəsini təşkil edir.

Avropanı Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut

İndiki heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev Orta Dəhlizi çox geniş coğrafiyanı birləşdirən strateji layihə kimi səciyyələndirib. 

Qeyd edək ki, sözügedən marşrut Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Orta Dəhliz əsas etibarilə dəmir yolundan (4256 km) və dənizdən keçən hissədən (508 km) ibarətdir və Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanadək davam edir. Gürcüstandan isə bu dəhliz iki istiqamətdə - Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə isə Ukrayna, Rumıniya və Bolqarıstana uzanır.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər.

Tarixi İpək Yolunun bərpasına həssas yanaşma

Tarixi İpək Yolu qitələr arasında ticarət və mədəni əlaqələrin formalaşmasında böyük rol oynayıb. Bu gün Orta Dəhliz həmin marşrutun müasir davamı olaraq Avropa ilə Asiyanı etibarlı və səmərəli əlaqə ilə birləşdirir.

Tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan müstəqilliyinin ilk illərindən bu marşrutun bərpasına həssas yanaşma sərgiləyir. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının (Aİ) TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Bundan başqa, Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Respublikamız Orta Dəhlizin təşviqi məqsədi ilə dəhliz üzərində yerləşən ölkələrlə sıx əməkdaşlıq həyata keçirir. Qeyd edək ki, 2022-ci il noyabrın 22-də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb. 2024-cü il iyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Azərbaycanın yaratdığı vacib nəqliyyat infrastrukturu

Azərbaycanın Orta Dəhlizin inkişafında digər bir mühüm rolu ölkə ərazisində vacib nəqliyyat infrastrukturunun yaradılması ilə bağlıdır. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamız Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yönəldib.

Azərbaycanın Orta Dəhlizin inkişaf etdirilməsinə verdiyi töhfələrdən bəhs edərkən 2 layihənin önəmini ayrıca qeyd etmək lazımdır. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn BTQ region ölkələrinin tranzit potensialının artmasına yeni imkanlar yaradıb. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi layihəsi ötən il tamamlanıb. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Hazırda  Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.

Görülən tədbirlər nəticəsində son 3 ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb ki, bu da onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti 15 günə enməklə əhəmiyyətli dərəcədə azalıb.

Yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək

Cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında mühüm razılaşmalar əldə olunub. Bu razılaşmaların mühüm müddəalarından biri Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılmasını və ölkəmizin əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında maneəsiz bağlantı yaradılmasını əhatə edir.  Regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək.

Regionda kommunikasiyaların blokdan çıxarılması və Zəngəzur dəhlizinin  (Tramp marşrutunun) yaradılması ideyası Azərbaycandan gəlib. Xatırladaq ki, 44 günlük müharibənin sonuclanmasını bildirən məlum üçtərəfli bəyanata da Prezident İlham Əliyevin təkidi ilə oxşar məzmunlu bənd salınmışdı. Regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.

Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Ermənistan blokadadan çıxacaq, Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində  Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin optimal bağlantısı təmin edilib. Beləliklə də İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri