Orta Dəhlizin tranzit potensialının artırılması üzrə əməkdaşlıq müzakirə olunub Rəşad Nəbiyev
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Azərbaycan və Dünya Bankı arasında Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında yazıb.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdük.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyata keçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik. Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırdıq", - R. Nəbiyev qeyd edib.

“Dünya Bankı ilə Orta Dəhlizin tranzit potensialının artırılması üzrə əməkdaşlıq müzakirə olunub”
14 May 2025 20:26
Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işlər müzakirə edilib FOTO
15 Noyabr 2024 22:57
Rəşad Nəbiyev pakistanlı nazirlə əməkdaşlıq imkanlarını müzakirə etdi FOTO
30 Yanvar 2025 19:41
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib
15 Noyabr 2024 23:54

