Icma.az
close
up
RU
Orta yaş qorxusu: 30 yaş sindromu nədir?

Orta yaş qorxusu: 30 yaş sindromu nədir?

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

30 yaş sindromu insanların 30 yaşına yaxınlaşarkən və ya bu yaşlara çatarkən həyatlarını sorğuladıqları və gələcəyə dair narahatlıqlar yaşadıqları emosional bir dövrdür. Bu sindromu yaşayan şəxslər adətən münasibətlərdəki çətinliklər, yaşlanma qorxusu, karyera və uğur təzyiqləri üzərində daha çox düşünməyə başlayır.

Pravda.az bildirir ki, həm kişilərdə, həm də qadınlarda müşahidə olunan bu psixoloji vəziyyətin əsas səbəbləri ətraf mühit amilləri ilə bağlı olur. Gündəlik həyatı əhəmiyyətli dərəcədə təsir edən bu sindromun təsirlərini azaltmaq üçün isə müəyyən üsullar mövcuddur.

30 yaş sindromu əksər hallarda insanın öz həyatını hərtərəfli gözdən keçirdiyi psixoloji keçid dövrü kimi meydana çıxır. Xüsusilə, hədəf və arzuların reallaşmaması ilə bağlı narahatlıqlar ön plana çıxır. Bununla yanaşı, ailə və cəmiyyət gözləntilərini qarşılamaq təzyiqi, yaşlanmaq qorxusu və gəncliyin geridə qalması hissi də bu vəziyyəti tətikləyən əsas səbəblər sırasındadır.

Sindromun əlamətləri nələrdir?

30 yaş sindromunun əsas əlamətləri arasında gecikmişlik hissi, gələcək qorxusu, özünə qapanma və emosional həvəsizlik yer alır. Qadın və kişilərdə fərqli formalarda ortaya çıxa bilən bu simptomlar fərdin şəxsi həyat tərzi, məqsədləri və sosial gözləntilərlə əlaqədar dəyişə bilər.

Qadınlarda daha çox rast gəlinən əlamətlər:

ümidsizlik

özünü kifayət qədər görməmək

həyatın mənasını sorğulamaq

bədən görünüşündəki dəyişiklikləri qəbul etməkdə çətinlik

münasibətləri və evlilik qərarını yenidən dəyərləndirmək

analıq və ya evlilik mövzusunda gecikmişlik hissi

Kişilərdə isə daha çox bu hallar müşahidə olunur:

uğur təzyiqi

məsuliyyət götürməkdə çətinlik

müstəqillik arzusu

həyat tərzini dəyişmək zərurəti

iş həyatında daha stabil və strateji qərarlar vermə ehtiyacı

Sindrom kimlərdə müşahidə olunur?

Bu sindrom adətən 25-35 yaş aralığındakı şəxslərdə rast gəlinir və şəxsin həyatında dönüş nöqtəsi sayılan bir mərhələni təmsil edir. Bu mərhələdə insanlar ailə qurmaq, karyera qurmaq və sosial status qazanmaq kimi mövzularda daha dərin düşüncələrə dalır.

Sindromun səbəbləri nələrdir?

30 yaş sindromunun əsas səbəbləri arasında cəmiyyətin, mədəniyyətin və fərdi faktorların rolu böyükdür. 20 yaşların sonu ilə 30 yaşların əvvəli yetkinlik dövrünə keçidi simvolizə etdiyindən, bu keçid dövrü psixoloji təzyiqlərlə müşayiət oluna bilər. Cəmiyyətin gözləntilərini qarşılaya bilməyən insanlar özlərini kifayət qədər bacarıqlı hesab etməyib, daxili boşluq və narahatlıq hissi ilə qarşı-qarşıya qala bilər.

Başa çıxma yolları hansılardır?

özünü dərk etmək və vəziyyəti qəbul etmək

real və həyata keçə bilən hədəflər müəyyənləşdirmək

əldə edilmiş uğurları dəyərləndirmək

başqaları ilə müqayisədən qaçaraq şəxsi inkişaf planları qurmaq

sağlam həyat tərzi: fiziki aktivlik, düzgün qidalanma və kifayət qədər yuxu

dəyişikliklərə açıq olmaq və yeni fəaliyyət sahələrinə yönəlmək tövsiyə olunur

Fərqli yaş qruplarında necə təsir edir?

25-30 yaş arası şəxslərdə bu sindrom yetkinliyə keçid qorxusu ilə əlaqələndirilir. 30 yaş və sonrası isə gəncliyin itməsi və buraxılmış fürsətlərə görə peşmanlıq hissi ilə müşayiət oluna bilər.

Sindrom nə vaxt başlayır və nə qədər davam edir?

30 yaş sindromunun müddəti insandan-insana fərqlənsə də, ümumiyyətlə 25-35 yaş aralığında baş verir. Bəziləri bu dövrü daha sakit və qısa müddətdə keçirdiyi halda, digərlərində bu proses daha uzun və daha dərindən yaşana bilər.

Əminə Bayramova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see176

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see139

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see117

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see113

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri