Icma.az
close
up
RU
Autizm sindromu nədir?

Autizm sindromu nədir?

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

“Autizm sindromu dedikdə, bura spesifik kommunikativ və sosial pozuntular, stereotip davranış, koqnitiv asinxroniya (qeyri-bərabər inkişaf) aid edilir”.

Sitat.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, autizm sindromlu uşaqların potensial dərəcəsini nəzərə alaraq loqopedik işdən öncə adaptasiyası üçün xüsusi mütəxəssislərin cəlbi olmadan başlanması məsləhət görülmür:

“Loqopedik korreksiya işi əsasən nitqin anlaması, söz ehtiyatının artması, nitqin səs tələffüzünün, qrammatik tərəfinin inkişafı və ən əsası rabitəli nitqin formalaşması üzərindən aparılır. Autizm sindromlu uşaqlarla işləyən loqopedlərdə pedaqoji bacarıqların olması önəmlidir. Loqopedin işi zamanı şifahi nitqin təqlidi önəmlidir. Autizim sindromlu uşaqlarda da təqlid bacarığı zəif olduğu zaman loqopedik işin keyfiyyəti aşağı düşür”.

A.Ələkbərova bildirib ki, autizm sindromlu uşaqlarda istəklərini ifadə edə bilməsi, sosial cavab reaksiyasını verməsi, informasiyanı cavablandırması və şərh etməsi, diqqəti cəlb etməyi və sual verməyi, emosiyanı, hissləri ifadə etməyi bacarması və onlar haqqında məlumat bildirməsi, sosial davranışların və dialoq bacarıqlarının formalaşdırılması önəmlidir: “Misal olaraq, sosial cavab reaksiyası zamanı cəmiyyətdə kontakt, kommunikasiya, özünə xidmət kimi vərdişlərin olması hər bir uşağa aiddir. Yaşa uyğun marketdə alış-veriş etməyi bacaran, ev işlərinə cəlb edilən uşaqlar, gələcəkdə özü üçün düzgün seçim etməyi daha tez öyrənir. Düzgün seçimlər etməyi, həmçinin sosial bacarıqların, fiziki fəaliyyətin, məntiqi təfəkkürün inkişafına, kiçik-böyük motor bacarıqlarının formalaşmasına, ehtiyacların ödənilməsinə, təcrübə qazanmaqlarına köməklik etməyi öyrədir. Nizam-intizam, dözümlülük, hətta diqqətin korreksiyası, əl-göz koordinasiyası üçün məişət aktivliyi autizm sindromlu uşaqların sosial bacarıqlarını dəstəkləyir”.

Loqoped sonda bildirib ki, ilkin mərhələdə loqopedik korreksiya zamanı uşağın valideynləri və ya qəyyumları da iştirak etmələri arzu olunandır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri