Icma.az
close
up
RU
30 yaş sindromu İnsanın həyatını dəyişə bilər

30 yaş sindromu İnsanın həyatını dəyişə bilər

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 “Əksər ölkələrdə gənclik dövrü 30 yaşa kimi hesab olunur. Azərbaycanda da ''Gənclər siyasəti haqqında'' qanuna əsasən gənclik dövrü 15-29 yaş dövrünü əhatə edir. Gənclik dövrünü arxada qoyan insan özünə sual verir ki, bu dövrdə nə etdim, nəyə nail oldum. Əslində, bu vəziyyət 32-34 yaşlarda da yaşana bilər.  30 yaşlarına qədər etmək istəyində olduğu şeyləri edə bilməyən, məqsədərinə çatmayan insanlar 30 yaş sindromunu daha ağır keçirirlər, çünki hədəflərinə nail olmayıblar”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və Təlim Mərkəzinin təsisçisi və direktoru psixoloq Əli Xəlilov deyib.
O qeyd edib ki, insan anadan olandan müxtəlif yaş krizisləri yaşayır – 1-3 yaş, 7 yaş, yeniyetməlik dövrünü əhatə edən 12-14 yaş və digərləri. Ə.Xəlilovun sözlərinə görə 30 yaşı digərlərindən fərqləndirən artıq gənclik dövrünün sonları olmasıdır:

“30 yaş sindromu başqa sözlə orta yaş sindromu da adlanır. Bu dövr bir qədər yeniyetməlik dövrünün krizislərinə oxşayır. Ona görə ki, insan həmin dövrdə sual verir – mən kiməm, nəçi olacağam, hansı ixtisasa yiyələnəcəyəm və s. Bu sualları cavablandırmağa çalışır özlüyündə. Amma 30 yaşlarında artıq cavabını tapdığı suallarla bağlı nəticələrlə maraqlanır. Nə etdim, nəyə nail oldum, yenə də suallar yaranır. Sanki xarab bir kompas effekti verir, insan hara getdiyini müəyyən edə bilmir”. 
Ekspert bildirib ki, insanın 30 yaşlarında verdiyi qərarlar onun həyatını tamamilə dəyişə də bilər: 
“Bəzi insanlar yenidən təhsil alır, bəziləri boşanır, bəziləri hobbilərini dəyişir, bəziləri isə işini. Yeni qərarlar insanı xoşbəxt də edə bilər. Yaşlanmaq, qocalmaq, hətta ölüm haqqında fikirlər də 30 yaş sindromunun mərkəzində yer alır və yaş artdıqca bu qorxular daha da çoxalır. İnsan 30 yaşında hələ də həyatında nələrisə dəyişməyə ümid edir, çünki 40 yaşın artıq gec olduğunu düşünür. 30 yaş sindromunu bəzi insanlar çox ağır keçirə bilər. Əgər belədirsə, gözləmək, öz-özünə keçəcəyini sanmaq doğru deyil. Belə olan halda psixoloqa müraciət etmək tövsiyə olunur”.
Törə Zeynallı
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri