Icma.az
close
up
RU
“Ortaq ordunun yaradılması gələcəkdə təhdidlərin qarşısını alacaq” KOMİTƏ SƏDRİ

“Ortaq ordunun yaradılması gələcəkdə təhdidlərin qarşısını alacaq” KOMİTƏ SƏDRİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Bütün böyük limanlar və eyni zamanda Türk Dövlətlərinin Təşkilatları ilə təmsil olunan dövlətlərin sərhədlərinə baxdıqda, bu dövlətlərin çox mühüm strateji əhəmiyyətə malik olduğu görünür. Bu limanlar həm dövlətlərarası əlaqələri və kommunikasiya imkanlarını təmin edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Eyni zamanda Çindən Avropaya qədər istənilən daşımaları həyata keçirə bilirlər. Dünya hazırda müharibə ehtimalı baxımından kifayət qədər gərgin bir dövrdədir. Bu, həm NATO-Rusiya, həm də Ukrayna-Rusiya gərginliyi ilə bağlıdır və artıq qlobal miqyasda hiss olunur. Belə bir vəziyyətdə Türk Dövlətləri Təşkilatının ortaq təlimlərlə bir ordunun yaradılması məsələsi gündəmə gəlmişdir. Bu, heç də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ya NATO-ya qarşı olan bir qurum demək deyil. Əksinə, bu addım stabillik və əməkdaşlıq istiqamətində atılan mühüm bir addımdır.

Cənab Prezidentin qeyd etdiyi kimi, 2026-cı ildə bu təlimlərin keçirilməsi planlaşdırılır. Məqsəd ortaq strategiya və taktikanın hazırlanmasıdır. Türkiyə NATO-nun üzvü olmaqla yanaşı, ən döyüşgən orduya məxsus dövlətlərdən biridir. Azərbaycan da paralel olaraq bu istiqamətdə addımlar atır. Digər türk dövlətləri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan – hərbi potensial baxımından yüksək səviyyəli qoşunlara malikdir”.

Deputat qeyd edib ki, belə bir qurumun yaradılması stabilliyə töhfə verə bilər.

“Çünki hər bir dövlət tək deyil və təhlükəsizlik təhdidi olduqda birgə addımlar atmaq mümkündür.

Eyni zamanda Türk dövlətləri arasında bəyannamələr imzalanmış və tərəfdaşlıq mövcuddur. Koordinasiyalı fəaliyyət – istər xüsusi xidmət orqanları, istər hüquq-mühafizə orqanları, istərsə də digər hərbi qurumlar səviyyəsində – ümumi texnika, texnologiya, taktika və strategiyanın tətbiqinə imkan verir və nəticədə digər dövlətlər üçün də nümunə yaradır”.

Komitə sədri qeyd edib ki, ortaq təlimlərin keçirilməsi və ortaq ordunun yaradılması gələcəkdə hər hansı bir təhdidin qarşısının alınması baxımından ən ciddi addımlardan biridir.

“Təbii ki, bəzi dövlətlər buna qarşı çıxış edə bilər. Lakin bugün beynəlxalq güc və hüquqdan daha önəmli olan güclü olmaqdır”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri