Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ortaq türk əlifbası rəsmiləşməyə hazırdır Əkbər Qoşalı

Ortaq türk əlifbası rəsmiləşməyə hazırdır Əkbər Qoşalı

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Kitablar, dərsliklər və media gözləyir


Ortaq türk əlifbası latın qrafikası əsasında, bütün türk xalqlarının dil xüsusiyyətləri nəzərə alınaraq tərtib edilib 


Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ölkəmizdə keçirilən 12-ci Zirvə Toplantısı yaddaqalan hadisələr, açıqlamalarla zəngin oldu. Sevindirici xəbərlərdən biri də ortaq türk əlifbasının qəbulunun tezləşdirilməsi ilə bağlı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı idi. R.T.Ərdoğan çıxışı zamanı ortaq türk əlifbasının yaradılması prosesinin sürətləndirilməsinin vacib olduğunu deyib. Türkiyə prezidenti çıxışı zamanı bildirib ki, “biz ortaq türk əlifbasının yaradılması prosesini sürətləndirməliyik”. R.T. Ərdoğan, həmçinin, “Oğuznamə” və məşhur qırğız  yazıçısı Çingiz Aytmatovun əsərlərinin ortaq türk əlifbası ilə nəşr olunduğunu söyləyib. Xatırladaq ki, bu nəşrlər Zirvə Görüşündə iştirak edən hər bir dövlət başçısına təqdim edilib. Türkiyə prezidenti çıxışı zamanı həmçinin yeni bir təklif irəli sürüb, qeyd edib ki, 15 dekabr Ortaq Türk Dili Günü kimi təsis edilsin. 


Ortaq türk əlifbasının formalaşması prosesinin sürətləndiyini məmnunluqla qarşıladığını deyən Uluslararası “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Sherg.az”a açıqlamasında bir neçə məqama aydınlıq gətirdi:  


- 34 hərfdən ibarət ortaq türk əlifbası üzərində iş tamamlanıb. İlk növbədə deyim ki, bu, ilk iş deyil. 1991-ci ildən başlayaraq, bəlkə ondan da əvvəl, dar çərçivədə bu barədə danışılırdı, axtarışlar vardı, ayrı-ayrı şəxslər arasında məsləhətləşmələr olurdu. Ancaq 1991-ci ildən bəri bu günədək gələn bir yol peşəkar xətt üzrə inkişaf etməkdə, davam etməkdədir. Türk dövlətləri üçün indi yeni bir dönəmdir. Ortaq türk qurumları, onların müəyyən keçmişləri var, strukturlaşıblar, müəyyən təcrübə qazanıblar. Beləliklə, 1991-ci ildən bəri şərti olaraq adlandırdığımız ortaq türk əlifbası üzərində daha peşəkarcasına, ortaq türk qurumları üzərindən işləmək imkanı yaranıb. Həm də zaman çox şeyi yerinə qoyur, çox şeyi həll edir. Bu məsələyə təkcə elmi cəhətdən, humanitar təfəkkürlə yanaşmayaq. Ümumi beynəlxalq durum bizə müəyyən impulslar verməkdədir. Qarşıda bizi yeni bir mərhələ  gözləməkdədir. Biz türk dövlətləri birliyinin daha da möhkəmlənəcəyinə inanırıq. Əgər birgə yola çıxmışıqsa, bizim öz aramızda daha sıx iş birliyi qurulmasına ehtiyac var. Heç şübhəsiz ki, əlifba və dil bu birliyin əsas təməl daşlarından birini təşkil etməkdədir.


Ə.Qoşalı qeyd etdi ki, ortaq türk əlifbası latın qrafikası əsasında, bütün türk xalqlarının dil xüsusiyyətləri nəzərə alınaraq tərtib edilib: 

- Bilirsiniz ki, qardaş Türkiyədə latın qrafikası əsasında formalaşmış əlifbadan istifadə olunur. Azərbaycanda da bu, belədir. Bizim ölkəmizdə hələ sovetlərin ilk illərində - 10 il latın qrafikasından istifadə olunub. Bu qrafika ilə nəşr olunmuş kitablar var. Sonra isə məlumdur ki, sovet məkanında ümumi bir qərarla, bəzi dövlətlər istisna olmaqla, bütün türk dövlətlərində əlifba dəyişikliyi həyata keçirildi və kiril əlifbasına keçildi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1990-cı illərdən latın qrafikasına keçdi. Türkmənlər də həmçinin, latın qrafikasına keçdilər. Qazaxlar, özbəklərdə isə latınla kiril paralel işlənirdi. Bu gün də belədir. Rəsmi qərar var, latın qrafikasına keçidlə bağlı, amma tam keçid yoxdur. Bizdə də bir müddət belə olmuşdu, tam keçid formalaşana qədər həm kiril, həm də latın qrafikası işlənirdi, sonra ikilik aradan qalxdı, latın qrafikasına tam keçid həllini tapdı. Ümidvarıq ki, öndə Qırğızıstan olmaqla digər türk dövlətləri də tamamilə latın qrafikasına keçəcəklər. Ortaq türk əlifbasının qətiləşməsi ilə bu dövlətlər daha anlaşılan, daha qəbuledilən əlifbaya birbaşa keçid etmək imkanı əldə edirlər. Hamımız deyirik latın qrafikalı əlifba, amma məsələn, Türkiyədə “ə” səsi var, amma bu səsin qrafik işarəsi yoxdur. Və yaxud “x” hərfi, Türkiyə əlifbasında yoxdur. Eləcə də yumşaq “k” səsi yoxdur. Türküstandakı türkmən qardaşlarımız ingilislərin “w” hərfindən istifadə edir, bitişik “u-i” səsi üçün. Səhv etmirəmsə,  qazaxlar, hətta deyəsən, özbəklər də bu hərfdən istifadə edir. Məsələn, əlifbanın formalaşmasında məhz Azərbaycan dilinin özəlliyi, xüsusiyyətləri nəzərə alınaraq 4 yeni hərf qəbul edilib. Türk dillərinin xüsusiyyəti nəzərə alınaraq “sağırnun” - kar “n” hərfi əlavə olunub. “u-i” hərflərini birgə ifadə edən “u” üstündə 1 xətt də bu 2 hərfin birləşməsini ifadə edəcək, Anadolu əlifbasında isə 6 hərfdən söhbət gedir. Hamı üçün qəbul edilmiş əlifba 34 hərfdən ibarətdir. Azərbaycan üçün 32 hərf yetərlidir. Biz o əlifbadan 32 hərfi götürürük.


Ortaq türk əlifbasının üstünlüklərini qeyd edən Ə.Qoşalı bildirdi ki, müstəqil türk dövlətlərinin hamısı bu əlifba əsasında eyni səsi eyni işarə ilə qəbul edərək ümumtürk birliyinə, əlifba və dil birliyinə ən böyük töhfəni vermiş olacaqlar: 

- Artıq elmi dairələr ortaq türk əlifbasının hansı hərflərdən ibarət olduğunu bilir. Bu əlifba hamını əhatə edəcək səviyyədədir. Bu qərar Türk Dil Qurumu, Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul olunub. Qalır qərarın rəsmiləşməsi. Hər bir türk dövlətində bu qərar müvafiq qurumlar tərəfindən rəsmiləşməlidir. Fərqli qurumlar ola bilər, çünki hər ölkədə qanunvericiliyin tələbləri dəyişkəndir. Əlifbadan istifadəyə səlahiyyətli orqan icazə verməli, təsdiq etməlidir. Sonra dərsliklər, çap mediası, kitabların nəşri ilə bağlı bu əlifba üzərindən işə başlanılmalıdır. Maariflənmə işi də aparılmalıdır. Hesab edirəm ki, bu, xüsusi çətinliyi olan iş deyil. Zamanında belə bir ideyanı ortaya qoyan alimlərimizə, bu ideyanı dəstəkləyən dövlət başçılarına minnətdarlığımı bildirirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri