Icma.az
close
up
RU
Ortaylıdan ŞOK: Ankaranı qəzəbləndirən 3 türk ölkəsinə nə verilib? Azərbaycan detalı

Ortaylıdan ŞOK: Ankaranı qəzəbləndirən 3 türk ölkəsinə nə verilib? Azərbaycan detalı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen çantasında pul ilə gəzən bir xaladır. O, Mərkəzi Asiya ölkələrinə 12 milyard avro dəyərində investisiya vəd edib”. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin məşhur tarixçisi, professor İlber Ortaylı deyib.

Professor Türkiyənin gələcəyinin təhlükədə olduğunu bildirib:

“Avropa İttifaqının ən dəxilsiz üzvü Yunanıstan da ortaya çıxıb deyir ki, həmin ölkələrin qarşısına bu yatırımın əvəzində Yunan Kiprini tanımaq şərti qoyulsun. Onlar da bunu təsdiqləyir. Əgər vaxtında müdaxilə etməsək, sadəcə bu qədər fədakarlıq edilən Şimali Kiprı deyil, ölkəmizin yerli əhalinin sayının azalması səbəbindən yaşayacağı sıxıntıları qarşılayacaq işçi qüvvəsini, incəsənətimizi, elm dünyasını, hətta boşalan tibb sahəsini restavrasiya edəcək qüvvəni də itirəcəyik. Yəni Türkiyənin gələcəyi təhlükə ilə üz-üzədir.

Leyen Türkiyəyə gəlir, “daha çox məcburi köçkünü ölkənizə qəbul etsəniz, sizə bir milyard avro verəcəyik” deyir. İndi də Mərkəzi Asiya ölkələrinə 12 milyard vəd edib. Realda yarısını belə verməyəcəkləri məlumdur. Həmçinin o ölkələrdə 12 milyardı doğru sərf edə biləcək nə siyasətçi, nə də iş adamları var. Lakin bu son prosesdə türk iş adamlarını oyundan kənarlaşdırmaq istədikləri görünür. Anlamalıdırlar ki, SSRİ-dən qalma sistemlə işi davam etdirmək olmaz. Hərəkətə keçmək lazımdır”.

İ.Ortaylı Türk dünyasında gələcək üçün ümid olan kadrların yerləşdiyi üç ölkənin qaldığını söyləyib:

“Bunlardan biri Azərbaycan, digəri hələ də Rusiyanın təsirində qalan Tatarıstan, üçüncüsü isə çox çalışqan və yaradıcı xalqın olduğu Özbəkistandır. Qalan hamısının ciddi problemləri var. Mədəni inkişaf üçün lazımı addımlar atılmır. Heyvandarlıq sahəsində bacarıqlı insanların olduğu və istedadlı sənətçilərin yetişdiyi Qırğızıstan və Türkmənistanın hansı yolla irəliləyəcəyi bəlli deyil.

Türkiyədə türklərin sayı azalır. Hazırda evliliklərin davam etmədiyi, doğum statistikasının azaldığı faciəvi bir vəziyyətdəyik. Tək ümidimiz Özbəkistan, Qırğızıstan və Çin Türküstanı bölgələrində çalışan kənd təsərrüfatı mütəxəssisələri, heyvandalıqla məşğul olan şəxslər və bacarıqlı gənclərinə idi. Təəssüf ki, Türkiyəni suriyalılarla doldurarkən, burada məskunlaşan uyğurları və türkmənləri geri göndəririk. Mərkəzi Asiya ölkələrində rəhbərliklər daha çox SSRİ-dən qalma sistemlə hərəkət edən şəxslərlə doludur. Vəziyyətdən çıxmağa çalışasalar da, burada Rusiyanın hələ də ciddi təsiri var. Lakin üzv dövlətlərdən başqa hər kəs çarənin Avropa İttifaqında olmadığını bilir. Qazaxıstanda Nursultan Nazarbayevnin başlatdığı islahatların davam edib-etmədiyi bəlli deyil. Tacikistanda həyat səviyyəsinin digər region ölkələrininkinə çata biləcəyi sual altındadır. O regionda Özbəkistandan başqa gələcəyi üçün ümid gördüyümüz ölkə yoxdur.

Mütləq şəkildə Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməliyik. Bu məsələdə hələ də gözümüz keçmiş prezident Süleyman Dəmirəli axtarır”.

Qeyd edək ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan Yunan Kipri adlandırılan Kipr Respublikasında səfirlik açıb və bura nümayəndə təyin ediblər. Sözügedən addım Şimali Kipr Türk Respublikası və Türkiyə hökuməti tərəfindən birmənalı qarşılanmayıb. Bu ölkələrdən Qazaxıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi, Türkmənistan isə müşahidəçi üzvüdür.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri