Icma.az
close
up
RU
Oruc tutmağın görün nə qədər faydaları var

Oruc tutmağın görün nə qədər faydaları var

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Ramazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar.

Bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, bizim şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

Ramazanda tutulan orucun aşağıdakı üstünlükləri var

Orqanizmin istirahəti

İftar ərəfəsində adam özünü süst hiss etsə də, əslində, oruclu olduğu müddətdə daxili orqanlarımız gündəlik yüklənmədən dincəlir. Qida və maye qəbulundan imtina etməklə, beyin qidanın həzm olunması üçün nəzərdə tutulan enerjini orqanizmin digər funksiyalarına yönəldir.

Detoksikasiya

Orqanizm həzm prosesindən dincələn zaman, əsas diqqəti bədənin toksinlərdən təmizlənməsinə və özünübərpaya yönəldir.

Xroniki xəstəliklər riskinin azalması

Amerika Müalicəvi Qidalanma Jurnalında dərc olunmuş Krist A. Varadi və Mark K. Hellerstaynın başçılığı altında aparılmış “Alternativ ac qalma və xroniki xəstəliklərin profilaktkası: heyvanlar və insanlar üzərində aparılan sınaqların icmalı” adlı tədqiqat haqda məqaləyə görə, Ramazan ayında tutulan oruca analoji olaraq bir həftə ərzində fasiləsiz şəkildə saxlanılan pəhriz ürək-damar xəstəlikləri, diabet və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Beynin müdafiəsi

Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasının Alirezai M.İ və digər alimlərin (Alirezaei M1, Kemball CC, Flynn CT, Wood MR, Whitton JL, KiossesWB.) başçılığı altında apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində “neyron autofagiya” mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt, hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qida həzmində iştirak edən hormonların nizamlanması

Oruc tutan adamın orqanizmində insulin, leptin və qrelin normal səviyyəyə düşür. İnsulin qanda şəkər səviyyəsini normada saxlamağa imkan verən hormondur, leptin toxluq, qrelin isə aclıq hormonudur. Bu hormonların miqdarının nizamlanması o anlama gəlir ki, bədən həmin hormonlara daha həssas olur və orqanizmin öz funksiyalarını yerinə yetirməsi üçün külli miqdarda hormona ehtiyac qalmır.

İnsulinə qarşı tolerantlıq diabet şəklində özünü biruzə verə bilər, leptin və qrelinə qarşı tolerantlıq isə piylənməyə yol aça bilər. Mədənin qrelin hormonu iştahı artırır, eyni zamanda, beyində yeni hüceyrələrin artımını stimullaşırır, onu qocalmanın fəsadlarından qoruyur. Oruc tutan bəzi adamların, oruc vaxtı diqqətlərinin itiləşməsini demələrində bu baxımdan həqiqət var.

Aclıq hormonu sayılan qrelinin iş mexanizmi belədir: bir neçə saat ac qaldıqdan sonra, yəni mədə tam boşaldıqdan sonra, bu prosesə cavab olaraq qanda qrelinin miqdarı artır.

Ayrı-ayrı tədqiqatlarda isbat olunub ki, yüksək qrelin səviyyəsi qavrama, öyrənmə, hafizəyə müsbət təsir göstərir, beyində neyron bağlarının miqdarını artırır; neyron bağlar, məlum olduğu kimi, insanın analitik bacarıqlarının artırılması baxımından əsas mexanizm sayılır.  

Böyük Britaniyanın Suonsi Universitetindən olan Ceffri Devis və onun komandası qrelinin beyin hüceyrələrinin parçalanması və çoxalması prosesini - yəni neyrogenezi stimullaşdırdığına dair daha bir elmi sübut tapıb. Onlar laborator şəraitdə beynin hüceyrələrinə hormon əlavə edən zaman bunun (neyrogenez prosesini işə salan) fibroblastların artımı faktorunu aktivləşdirdiyini görüblər. Qrelinin bu effekti C.Devisin dediyinə görə, hafizəyə yaxşı mənada təsir göstərir. Alimin başçılığı altında aparılan tədqiqatın nəticələri Britaniya Neyro-Elmi Assosasiyasının Konfransında təqdim olunub.  

Hesab olunur ki, beynin gənc hüceyrələri yeni yaddaşın formalaşmasına vasitəçilik edir. Bu, cavan beyin hüceyrələrinin impulslara daha çevik reaksiya verməsi ilə izah olunur.

“Bu neyronlar qocalardan fərqli olaraq, daha asan aktivləşir və yeni xatirələrin hafizəyə həkk olunması prosesində iştirak edir”, - deyə Devis bildirib.

Bu hələ harasıdır, məhdud kalorili pəhriz həm də ömrü uzadır

Bu tədqiqatların nəticəsi bir sıra neyrodegenerativ xəstəliklərin, o cümlədən, Parkinson xəstəliyinin müalicəsində mühüm rol oynaya bilər. Parkinson xəstəliyi zamanı, məlum olduğu kimi, beyin hüceyrələri itirilir. Buna qədər aparılmış tədqiqatlar, o cümlədən, Devisin tədqiqat qrupunun apardığı elmi təcrübələr göstərib ki, qrelin Parkinson xəstəliyinin bir formasından qorunmağa kömək edə bilir.

Növbəti eksperimentlərin gedişində Devisin komandası qrelinin Parkinson xəstəliyini təqlid etməsi təklif olunan beyin hüceyrələrini mühafizə etdiyini üzə çıxarıb. Devisin həmkarı Amanda Hornsbi təcrübədə iştirak edən demensiyalı 28 könüllünün hər birinin qanında qrelin miqdarının normadan aşağı olduğunu müəyyən edib. Tədqiqatın nəticəsi onu göstərir ki, qrelin və oxşar şəkildə fəaliyyət göstərən digər kimyəvi maddələrdən Parkinson xəstəliyinin müalicəsində istifadə etmək olar.

Fasiləli oruc

Müntəzəm olaraq pəhriz saxlayan insanlarda (qəbul etdiyi kalorilər tövsiyə olunan gündəlik rasiondakından 25 faiz az olan pəhriz nəzərdə tutulur) qanda normal şəkər səviyyəsi müşahidə olunur. Bu cür qidalanma həm də, koqnitiv bacarıqları yaxşılaşdırır. Habelə, alimlər bu məsələdə iki cəbhəyə bölünür. Bəzi tədqiqatçılar aşağı kalorili pəhrizin, əksinə, insanın zehnini zəiflətdiyini iddia edir.

Məhdud kalorili pəhrizin bəzi faydalarından yararlanmağa çalışan insanlar fasiləli oruc tutur. Məsələn, 5-2 sistemi ilə; yən beş gün ərzində normal qida rasionu qəbul edirlər, növbəti iki gündə isə aşağı kalorili qidalarla qidalanırlar (günə təxminən 500 kalori), beləcə orqanizmdə qrelin miqdarını artırırlar. Almaniyanın Münhen Texniki Universitetindən olan Nikolas Kunatın bildirdiyinə görə, yeni beyin hüceyrələrinin daha effektiv fəaliyyətinə bir neçə gün və ya həftə tələb olunur. Ona görə insanlar müvəqqəti aclığın onların zehni qabiliyyətlərini dərhal artıracağını gözləməməlidirlər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri