Icma.az
close
up
RU
Orxan Fikrətoğlu: “Nazirlik və ARKA hər zaman Qarabağ müharibəsinə həsr olunan layihələri əsas istiqamət kimi diqqətdə saxlayır”

Orxan Fikrətoğlu: “Nazirlik və ARKA hər zaman Qarabağ müharibəsinə həsr olunan layihələri əsas istiqamət kimi diqqətdə saxlayır”

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mədəniyyət Nazirliyi və ARKA hər zaman Qarabağ müharibəsinə həsr oluan film layihələrini əsas istiqamət kimi diqqət mərkəzində saxlayır”.

Gununsesi.info  APA -ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

O qeyd edib ki, Qarabağ zəfəri yaradıcı şəxsləri, rejissor və ssenaristləri daima bu mövzuda çalışmağa sövq edir: “Müəlliflər şablon sujet və hadisələrdən kənara çıxmağa çalışır, öz yaradıcılıq potensialını ortaya qoyaraq fərqli layihələrlə kinosevərlərin qarşısına çıxır. Müəyyən vaxt keçdikdən sonra müharibənin kinematoqrafik təqdimatı daha mükəmməl forma və məzmunla yerli kinematoqrafçılar tərəfindən təqdim olunan filmlərdə daha da çox hiss olunacaq”.

Orxan Fikrətoğlu bildirib ki, Qarabağ müharibəsi mövzusunda olan rejssor Amil Məmiyevin “Arılar və qəbirlər”, rejissor Orman Əliyevin “Borc”, rejissor İsmayıl Səfərəlinin “Mənə bənzər adam”, rejissor Xəyyam Abullayevin “Ağalı” tammetrajlı bədii filmləri, rejissor Fariz Əhmədovun “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi, rejissor Etibar Məmmədovun “Müharibənin gözləri”və rejisor Murad Muradovun “Danışır və göstərir Şuşa” qısametraj sənədli filmləri, rejissor Məsud Pənahinin “Narqız” və rejissor Firəngiz Qurbanovanın “Nağıl istəyirəm!” qısa animasiya filmləri istehsal prosesindədir.

“Post-prodakşna dəstək müsabiqəsi çərçivəsində eyni mövzuya həsr olunan rejissor Elməddin Alıyevin “Geri dönüş” və rejissor Tahir Əliyev “Səssiz zaman” tammetraj sənədli filmlərinin istehsalı bitmək üzrədir.

Eyni mövzuya həsr olunan və ssenariyə dəstək istiqaməti üzrə “Əlvida. Noyabr” tammetrajlı bədii filminin ssenarisi də artıq yekunlaşıb.

44 gün sürən Vətən Müharibəsinə həsr oluan rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametraj bədii filmi isə 2 avqust Azərbaycan Kinosu Günündə tamaşaçılara təqdim olunub.

Bundan başqa “44″ tammetrajlı bədii, “Yaddaş” və “Neytral zonanın sonuncu sakini” qısametrajlı bədii filmlərinin istehsal edilməsi üçün səndələşmə prosesi həyata keçirilir”, – deyə o əlavə edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see147

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see124

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see123

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122

Rusiyada robotlar üçün ilk süni intellekt yaradılır

23 Oktyabr 2025 07:24see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri