Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də TUTULDU
Icma.az, Lent az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, “Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onunla birgə daha bir nəfər həbs edilib.
Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir.
Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.
Məhkəmənin qərarı ilə X. Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib.
Baxış sayı:88
Bu xəbər 20 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















