Icma.az
close
up
RU
Orxan Məmmədov: Prezident İlham Əliyevin minifutbol yığması ilə bağlı Sərəncamı bu idman növünə verdiyi önəmin bariz nümunəsidir EKSKLÜZİV

Orxan Məmmədov: Prezident İlham Əliyevin minifutbol yığması ilə bağlı Sərəncamı bu idman növünə verdiyi önəmin bariz nümunəsidir EKSKLÜZİV

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin minifutbol üzrə milli komandamıza göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi olaraq, yığmamızın inkişafı və fəaliyyətinin dəstəklənməsi məqsədilə 2 milyon manat məbləğində vəsaitin ayrılması barədə imzaladığı Sərəncamı böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşılayırıq.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.

O bildirib ki, bu mühüm qərar, dövlətimizin başçısının idmana, xüsusilə də minifutbola verdiyi önəmin bariz nümunəsidir: “Son illərdə Azərbaycan minifutbolunun beynəlxalq arenada qazandığı uğurlar, o cümlədən Avropa və dünya çempionu tituluna layiq görülməsi məhz dövlətimizin ardıcıl dəstəyi və yaradılmış şəraitin nəticəsidir”.

Orxan Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin bu Sərəncamı milli komandanın qarşıdakı beynəlxalq yarışlara daha yüksək motivasiya ilə hazırlaşmasına, maddi-texniki bazanın gücləndirilməsinə, infrastrukturun təkmilləşdirilməsinə və minifutbolun ölkəmizdə daha da geniş yayılmasına təkan verəcək: “Bu, təkcə idman uğuru deyil, həm də gənclərimiz üçün sağlam həyat tərzi və komanda mədəniyyəti aşılayan mühüm sosial layihədir”.

“Azərbaycan Minifutbol Federasiyası adından Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Əmin edirik ki, bu yüksək etimadı doğrultmaq, üçrəngli bayrağımızı beynəlxalq arenalarda yenidən dalğalandırmaq üçün əzmlə çalışacağıq. Dövlətimizin idmana verdiyi önəmi hər zaman əsas götürərək, ölkəmizin idman nüfuzunu daha da yüksəltmək üçün fəaliyyətimizi davam etdirəcəyik”, - deyə federasiya prezidenti fikirlərini tamamlayıb.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasına 4:2 hesabı ilə qalib gələrək, nüfuzlu turnirin qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri