Icma.az
close
up
RU
Osimhen rəqiblərə söz atdı Siz məşq etməkdə davam edin

Osimhen rəqiblərə söz atdı Siz məşq etməkdə davam edin

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Viktor Osimhen bütün mövsümboyu olduğu kimi çempionluq matçında da ön plana çıxaraq liderlik keyfiyyətlərini nümayiş etdirdi. ''Qalatasaray''ın ''Antalyaspor''u 4:2 yenərək 26-cı çempionluğunu qazandığı matçda dubl edən nigeriyalı forvard bu mövsüm qollarının sayını superliqada 15-ə, bütün turnirlərdə isə 22-yə yüksəltdi. Bundan başqa Osimhen ''Qalatasaray''ın heyətində Türkiyə çempionatında vurduğu qolların sayını 41-ə yüksəltdi. O, Cavad Prekazini (40) geridə qoyaraq klub tarixində çempionatda ən məhsuldar əcnəbi oyunçuların siyahısında 5-ci pilləyə yüksəldi. İndi Osimhen bu siyahıda yalnız Bafetimbi Qomis (46), Milan Baroş (48), George Haci (59) və komanda yoldaşı Mauro İkardidən (65) geri qalır. Matçın ardından digər futbolçular kimi böyük sevinc yaşayan 27 yaşlı hücumçu diqqətçəkən acıqlamalar verərək rəqiblərinə söz atmağı lazım bilib: ''Dünyadakı bütün ''Qalatasaray''lılara salam olsun. Çempion başqa komanda olanda sıxıcı olur. Çünki heç kim çempionluğu bizim kimi qeyd edə bilmir. Qalanları sadəcə cəhd edir. Cəhd edin və çalışmaqda, məşq etməkdə davam edin. Edə biləcəyiniz yeganə şey budu. Barış Alpər Yılmaz sanki afrikalıdı. İnanılmaz dərəcədə güclüdü. Həm fiziki güclü, həm də uğura acdı. Gələn mövsüm yenə gələcəyik. İstanbul bizimdi. Buna söz verirəm. Qolumdan zədə aldıqda xəstəxanadakı həkimlərə dedim ki, məni mümkün qədər tez sağaltsınlar. Çünki çempion olmaq istəyirdim. Heç kim bizim kimi sevinə bilmir. Ona görə də qazanmaqda davam etməliyik. Qarşıdakı mövsümdə də eyni aclıqla geri dönəcəyik. Bizə heç kim heç nə edə bilməyəcək. Nə etsələr də, bizi durdura bilməyəcəklər. Türkiyə çempionatını uzun illərdi, bütün dünyada tanıdırıq. Ölkəni də, çempionatı da qaldırırıq. Gələn mövsüm çalışacağıq, bundan da yaxşı təmsil edək''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 May 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri