Osimhen israrı davam edir
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yuventus” “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi Neapol klubu ilə bir müddətdir, danışıqları davam etdirir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus” son günlərdə danışıqları sürətləndirib və yeni təklifə hazırlaşır.
Osimhenin “Yuventus”un yay transferində əsas hədəfidir. Klub həm oyunçu, həm də “Napoli” ilə anlaşacağına ümid edir.
Ötən mövsümü “Qalatasaray”da icarədə keçirən 26 yaşlı hücumçu 41 oyunda 37 qol vurub.

