Icma.az
close
up
RU
Oskanyan hələ də “sülh planı”ndan dəm vurur

Oskanyan hələ də “sülh planı”ndan dəm vurur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Görünür, sabiq xarici işlər naziri Qarabağ məsələsinin bitməsindən xəbərsizdir

Ermənistanın sabiq (1998–2008) xarici işlər naziri, hazırda ölkədə radikal revanşist kəsimin “görkəmli” nümayəndələrindən olan Vardan Oskanyan bədnam əməllərindən əl çəkmir. Yaşı 70-i ötmüş, ömrünün ixtiyar çağını yaşayan bu qoca olan-qalan gücünü toplayıb erməni cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı nifrətin davam etməsi üçün çalışır. Bütün bilik və bacarığını bu istiqamətə yönəldərək iki dövlət və xalq arasında düşmənçiliyin əbədi olmasını təmin etmək, Azərbaycanın ünvanına qara yaxmaq hazırda onun həyat amalına çevrilib.

Oskanyan hazırda Qərbdə siyasi dəstək axtarışındadır. O, İsveçrə parlamentinin deputatları Erix Fontobelli (Federal Demokratik İttifaq) və Lukas Reymann (İsveçrə Xalq Partiyası), habelə Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti, doktor Con Eybnerlə birgə bu həftə Vaşinqtona səfər edib. Səfərdə məqsəd “Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsü”nü təqdim etmək və ABŞ-ın Cənubi Qafqazda ədalətli və uzunmüddətli sabitliyə daha fəal cəlb olunmasını təşviq etməkdir. Ermənistanın “Aysor.am” saytına açıqlama verən Oskanyan deyib ki, 2025-ci ilin martında İsveçrə parlamenti Federal Şuranı beynəlxalq sülh konfransı (?) təşkil etməyi öhdəsinə götürməyə çağıran “tarixi” (dırnaq işarəsi bizimdir–S.H) qətnamə qəbul edib. Onun sözlərinə görə, konfransın məqsədi Azərbaycanın hakimiyyət orqanları ilə Qarabağın “məcburi köçkün” erməni əhalisinin nümayəndələri arasında beynəlxalq nəzarət altında könüllü, kollektiv və ləyaqətli qayıdış üçün danışıqlara yönəlmiş birbaşa dialoqa (?) başlamaqdır.

İyulun 7-də nümayəndə heyəti ABŞ Dövlət Departamentində olub və burada dövlət katibinin köməkçilərinin müavinləri Ceyk Makqi və Monika Eyqer Yakobsen ilə görüşüb. Müzakirələrdə Qarabağdan könüllü köçüb getmiş ermənilərin hüquqları, eləcə də Cənubi Qafqazda və bütövlükdə regionda baş verən proseslər müzakirə olunub. Oskanyan deyib ki, nümayəndə heyəti İsveçrənin təşəbbüsünə dəstəyi gücləndirmək və “davam edən köçkünlük böhranını” beynəlxalq gündəmdə saxlamaq məqsədilə Vaşinqtonda Konqres üzvləri, hüquq-müdafiə təşkilatları və analitik mərkəzlərin nümayəndləri ilə görüşləri davam etdirəcək.

***

Qeyd edək ki, V.Oskanyan buna qədərki çıxışlarında da Azərbaycanın, guya, “təcavüzkar siyasət” yürütdüyünü iddia edir, Ermənistanın isə “sülh və sabitlik” tərəfdarı olduğunu təlqin etməyə çalışırdı. Lakin bu cəhdlər nə regional reallığa, nə də tarixi faktlara əsaslanırdı. Göründüyü kimi, o, ABŞ-a səfəri zamanı yenə də ənənəvi ritorikaya üstünlük verib. Onun Vaşinqtonda səsləndirdiyi fikirlər bir tərəfdən erməni diaspor və lobbisinə mesajdırsa, digər tərəfdən Nikol Paşinyanın son vaxtlar zəifləyən mövqelərinə paralel alternativ siyasi platforma yaratmaq cəhdidir. Bu çıxışlar isə həm Ermənistanın daxili siyasətinə, həm də regiondakı sabitliyə ciddi zərbədir.

Ümumiyyətlə, V.Oskanyanın çıxışları ilə tanış olduqda onun hələ də ötən əsrin 90-cı, yaxud 2000-ci illərin əvvəllərində yaşadığı qənaətinə gəlmək mümkündür. O, Azərbaycanın “dəmir yumruğ”un gücü hesabına regionda yaratdığı reallıqları ya görmək istəmir, ya da özünü görməzliyə vurur. Rəsmi Bakının ölkənin ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış yeni təhlükəsizlik arxitekturasını dərk etməyən Oskanyan yenə “məzlum Ermənistan”, “təcavüzkar Azərbaycan” stereotiplərinə sığınıb. Halbuki, bu ritorika daha nə Qərbdə, nə də regionda keçərlidir. Onun çıxışları həm Ermənistan daxilində köhnə siyasi qrupların revanşist iddialarına xidmət edir, həm də diaspor dairələrinin təhriki ilə reallıqdan uzaq təsəvvürlər formalaşdırmağa yönəlib. ABŞ-da belə çıxışlar sülh gündəminə zərbə vurur və rəsmi İrəvanın özü üçün də riskli vəziyyət yaradır.

Oskanyanın Vaşinqtonda apardığı “sülh təşəbbüsü” kampaniyası, əslində, siyasi manipulyasiya və təxribat xarakteri daşıyır. Onu səfərdə müşayiət edən Erix Fontobelli və Lukas Reymann İsveçrədə ifrat sağçı dairələrlə əlaqəli olan və populist çıxışları ilə tanınan siyasətçilərdir. Avropada hər iki şəxsin adı daha çox mühafizəkar və anti-multikulturalist çağırışlarda hallanır. Onların “sülh təşəbbüsü” adı altında regional reallıqları təhrif edən çıxışları, əslində, siyasi qərəzin nəticəsidir. Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının rəhbəri Con Eybner isə uzun illərdir “qoca qitə”də anti-Azərbaycan mövqeyi ilə seçilən, xristianlıq amilini siyasi alətə çevirən bir fiqurdur. Eybner ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş kampaniyaların əsas simalarından biri kimi tanınır. O, əvvəllər də Qarabağdakı keçmiş separatçı rejimi açıq şəkildə dəstəkləyib və bunu “xristian həmrəyliyi” adı altında təqdim edib. Belə keçmişə malik şəxslərin iştirakı Oskanyanın təşəbbüsünün səmimi niyyətdən uzaq, əksinə, məqsədli dezinformasiya yaymaqla bölgədəki sülh prosesinə zərbə vurmaq olduğunu göstərir. Bütövlükdə, “Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsü” kimi təqdim edilən layihə, əslində, separatçı meyilləri dirçəltməyə yönəlib və qeyd etdiyimiz kimi, regionun yeni reallıqlarına ziddir.

***

Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qarabağ məsələsi beynəlxalq müstəvidə bağlanmış hesab olunur. Bu reallıq artıq həm regional güclər, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. Ermənistan da 2022-ci il oktyabrın 7-də Praqada Avropa Siyasi Birliyinin zirvə görüşü çərçivəsində imzaladığı bəyanatla Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmi şəkildə tanıyıb. Belə olan halda, “status”, “məcburi qayıdış” və ya “dialoq” kimi iddialar tamamilə əsassız və mənasızdır. Azərbaycanın suverenliyi daxilində yaşayan bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edilir və bu proses qanunvericilik çərçivəsində davam etdirilir. Xarici aktorların bu məsələni süni şəkildə gündəmdə saxlamaq cəhdləri isə sülhə yox, revanşist meyillərə xidmət edir. Oskanyanın iddia etdiyi “məcburi köçkün ermənilər” ifadəsi də hüquqi əsasdan məhrumdur. Çünki söhbət Qarabağdan keçmiş separatçı xunta rejiminin təzyiq və təhriki ilə könüllü köç etmiş şəxslərdən gedir. Azərbaycan tərəfi hələ 2023-cü ilin oktyabrında bölgədə yaşayan erməni əsilli vətəndaşların reinteqrasiya planını açıqlamışdı. Ancaq qeyd etdiyimiz kimi, onlar rəsmi Bakıdan edilən çağırışları dinləməkdənsə, köçüb getməyi üstün tutdular. Sonrakı dövrdə də Azərbaycan dəfələrlə bəyan edib ki, köç etmiş ermənilər dövlətin qanunlarına riayət etmək, ölkənin suverenliyini və ərazi bütövlüyünü tanımaq şərtilə geri qayıtmaq istəyirlərsə, bu prosesə hüquqi və humanitar çərçivədə baxıla bilər. Əsas meyar qanunlara hörmət və vətəndaş məsuliyyətidir. Azərbaycanda indiyədək heç kim etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmayıb, bundan sonra da qalmayacaq. Lakin heç kimə Azərbaycan daxilində paralel idarəçilik qurmaq, silahlı qruplaşma, “boz zona” yaratmaq, ölkənin ərazi bütövlüyünə qarşı çıxmaq hüququ da verilə bilməz. Bu baxımdan, “könüllü, ləyaqətli və kollektiv qayıdış” iddiaları yalnız o zaman məntiqi ola bilər ki, həmin şəxslər Azərbaycanın yurisdiksiyasını tam şəkildə qəbul etmiş olsunlar.

“Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsü”ndə məqsəd ABŞ-ı prosesə cəlb etməklə Azərbaycana təzyiq göstərməkdir. Lakin belə yanaşmalar nə regionda sülhə töhfə verə, nə də Ermənistanın özünün gələcəyinə fayda gətirə bilər. Əksinə, bu cür təşəbbüslər Ermənistanın mövcud geosiyasi reallıqları qəbul etməsini gecikdirir. Sülh danışıqları yalnız bir-birinin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq prinsipi əsasında aparıla bilər. Xarici güclərin vasitəsilə gündəmə gətirilən təzyiq mexanizmləri Azərbaycan tərəfindən qəbuledilməzdir və nəticəsiz qalmağa məhkumdur. Ermənistan üçün yeganə düzgün yol səmimi əməkdaşlıq və etimad quruculuğuna əsaslanan siyasətdir. Əgər İrəvan yenidən havadarlarına arxalanaraq revanşizmə yönələcəksə, bunun acı nəticələrini ilk növbədə elə özü yaşayacaq.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Vardan Oskanyanın “Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsü” adı altında həyata keçirdiyi səylər, əslində, bölgədə mövcud olan hüquqi-siyasi reallıqları təhrif etməyə yönəlmiş cəhddir. Onu müşayiət edən Erix Fontobelli və Lukas Reymann kimi populist və ifrat sağçı İsveçrə siyasətçiləri, eləcə də anti-Azərbaycan mövqeyi ilə tanınan Con Eybner kimi fiqurlar bu təşəbbüsün obyektiv və konstruktiv olmadığını göstərir. Əgər məqsəd sülh və sabitlikdirsə, o zaman bu cür birtərəfli, qərəzli qruplarla deyil, rəsmi Bakı ilə birbaşa və hüquqa əsaslanan əməkdaşlıq qurulmalıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunub və beynəlxalq ictimaiyyət bunu tanıyıb. “Könüllü qayıdış”, “status” və ya “dialoq” kimi çağırışlar yalnız Azərbaycanın konstitusiyası və qanunları çərçivəsində mümkündür. Kənar vasitələrlə Bakıya təzyiq göstərmək, süni danışıqlar mühiti formalaşdırmaq cəhdləri nə səmərə verəcək, nə də bölgədə real sabitlik yaradacaq. Oskanyan və ona dəstək verən dairələr başa düşməlidir ki, revanşizm və siyasi avantüralarla deyil, regional əməkdaşlıqla gələcək qurula bilər. Vaşinqtonda gündəmə gətirilən bu təşəbbüs, əslində, beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyini zəiflətmək üçün hazırlanmış yeni kampaniyanın tərkib hissəsidir. Lakin bu cəhdlər həm hüquqi, həm də siyasi baxımdan iflasa məhkumdur və Azərbaycanın qəti mövqeyi fonunda nəticə verməyəcək.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri