“Paşinyan getməlidir” Oskanyan
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəhanələrin vaxtı keçdi, Paşinyan getməlidir.
Ölkə.az Musavat.com-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.
Oskanyanın iddiasına görə, Paşinyanın hakimiyyətdə davam etməsi təkcə siyasi problem deyil, həm də milli fövqəladə haldır.
Erməni diplomat deyib ki, Paşinyana şəxsi maraqlarına əsaslanaraq hələ də haqq qazandırmaqda davam edən insanlar daha az təhlükəli deyil.
“Onun siyasəti müttəfiqləri uzaqlaşdırdı və Azərbaycanı 44 günlük müharibəyə ruhlandırdı. Amma o, bundan dərs götürmədi - o, yalnız öz səhvlərini ikiqat artırdı: hakimiyyətdən yapışaraq, uğursuzluqlarda keçmiş hakimiyyəti, xarici müttəfiqləri və hətta erməni xalqını günahlandırır”, Vardanyan bildirib.
Sabiq XİN başçısı qeyd edib ki, Paşinyanın dövründə Ermənistan vassal dövlətə çevrilib, o, daim yeni ərazi, tarixi, konstitusiya və diplomatik güzəştlərə getməyə məcbur olub. Ən utancvericisi isə erməni soyqırımının inkarı ilə bağlı heyrətamiz şərhlərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Yanvar 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















