Icma.az
close
up
RU
Zurabyanın TRIPP qorxusu

Zurabyanın TRIPP qorxusu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvanda köhnə düşüncə yenə meydan sulayır

Ermənistanda bir qrup revanşist var ki, ölkədə baş verən bütün proseslərə, necə deyərlər, qulp qoymağa, hər təşəbbüsün arxasında hansısa təhlükə axtarmağa çalışır. Onlar üçün Ermənistanın qonşuları ilə münasibətlərinin normallaşması, 30 ildən çox bağlı qalan nəqliyyat bağlantılarının açılması və iqtisadi əlaqələrin genişlənməsi qəbuledilməz görünür.

Belə mövqedən çıxış edənlərdən biri də Erməni Milli Konqresi (EMK) partiyası sədrinin müavini Levon Zurabyandır. Zurabyanın son açıqlaması göstərir ki, İrəvandakı bəzi dairələr hələ də regionun gələcəyinə əməkdaşlıq və qarşılıqlı əlaqə prizmasından deyil, qarşıdurma və bloklaşma məntiqindən baxırlar. Onun TRIPP layihəsi ilə bağlı səsləndirdiyi iddialar isə reallıqdan daha çox erməni cəmiyyətində qorxu yaratmağa hesablanmış siyasi yanaşmanı xatırladır.

Köhnə tezislər, yeni hədəf

Zurabyanın fikrincə, Nikol Paşinyan iqtidarı dövlət müstəqilliyinin bərpasından sonra əldə edilmiş nailiyyətləri iflasa uğradıb və indi bunun məsuliyyətini müstəqillik əldə edildikdən sonra formalaşmış dəyərlərin üzərinə atmağa çalışır. O, xüsusilə Müstəqillik Bəyannaməsinin regiondakı münaqişəyə səbəb olması ilə bağlı yanaşmaları tənqid edib və bildirib ki, sənəd qəbul ediləndə münaqişə artıq başlamışdı.

Burada Zurabyanın mövqeyində müəyyən məntiqi ziddiyyət üzə çıxır. Çünki hansısa sənədin qəbul edildiyi tarixlə ondan əvvəl başlamış proses arasında səbəb-nəticə əlaqəsi qurmaq üçün yalnız xronologiyadan istifadə etmək kifayət etmir. Əgər münaqişə həmin sənəd qəbul edilməzdən əvvəl mövcud idisə, o zaman Müstəqillik Bəyannaməsini münaqişənin başlanmasının səbəbi kimi təqdim etmək, təbii olaraq, əsaslandırma tələb edir. Zurabyan isə bu əsaslandırmanı təqdim etmir.

Daha maraqlısı odur ki, Ermənistan siyasətində illərdir davam edən qarşıdurmaların, bölgədəki kommunikasiyaların bağlı qalmasının və qonşu dövlətlərlə münasibətlərin gərginliyinin bütün məsuliyyətini hansısa bir sənədin üzərinə qoymaq cəhdi problemin mahiyyətini dəyişmir. Zurabyan isə məsələyə daha sadə sxemlə yanaşır: əvvəlcə hakimiyyəti ittiham edir, sonra mövcud problemləri Ermənistanın müstəqillik tarixində formalaşmış dəyərlərlə bağlamağa çalışır. Bu isə konkret problemin səbəblərini araşdırmaqdan çox, siyasi məsuliyyət uğrunda mübarizəyə bənzəyir.

Aİ müraciəti ətrafında da eyni yanaşma

Zurabyanın Avropa İttifaqına (Aİ) üzvlük müraciəti ilə bağlı fikirləri də eyni məntiqin davamıdır. O hesab edir ki, bu müraciət lazımi şəkildə hazırlanmayıb, çünki hakimiyyət ərzaq, hərbi və enerji təhlükəsizliyi sahəsində hesablamalar təqdim etməyib. Həmçinin onun fikrincə, Aİ-nin Cənubi Qafqaz üzrə genişlənmə proqramının olmaması bu təşəbbüsün nəticəsizliyini göstərir.

Burada da bir siyasi bəyanatla real proses arasında fərq qoymaq lazımdır. Hər hansı ölkənin Aİ-yə üzvlük niyyətini ifadə etməsi avtomatik olaraq həmin ölkənin sabah Aİ üzvü olacağı anlamına gəlmir. Eyni zamanda belə bir siyasi istiqamətin elan edilməsi də öz-özlüyündə Ermənistanın iqtisadi və təhlükəsizlik sistemlərinin dərhal dəyişməsi demək deyil. Bu baxımdan Zurabyanın təqdim etdiyi mənzərə bir qədər şişirdilmiş görünür: o, siyasi istiqamət seçimini dərhal iqtisadi nəticə ilə eyniləşdirir. Üstəlik, Aİ ilə münasibətlərin inkişafı ilə bağlı müzakirələri yalnız ərzaq, enerji və hərbi təhlükəsizlik üzrə hansısa hesablamaların təqdim edilib-edilməməsinə bağlamaq da məsələnin yalnız bir tərəfini göstərir. Dövlətlərin xarici siyasət istiqamətləri daha geniş siyasi, iqtisadi və təhlükəsizlik amillərinin məcmusu əsasında formalaşır.

Əsas hədəf – TRIPP

Amma Zurabyanın açıqlamasının əsas hissəsi TRIPP layihəsi ilə bağlıdır. Məhz burada onun mövqeyinin siyasi mahiyyəti daha aydın görünür. Zurabyan iddia edir ki, TRIPP “Azərbaycanın, Türkiyənin, Aİ-nin, ABŞ-ın və İsrailin maraqlarına xidmət edən birtərəfli geosiyasi layihəyə” çevrilib. Eyni zamanda onun sözlərinə görə, layihə İran, Rusiya və Çin tərəfindən düşmən kimi qəbul olunur.

Bu yanaşmada diqqətçəkən ilk məqam layihənin öz mahiyyətindən daha çox, onun ətrafında yaradılan geosiyasi qorxu atmosferidir. Bir kommunikasiya layihəsinin müxtəlif dövlətlərin maraqları ilə əlaqəli olması həmin layihənin avtomatik olaraq birtərəfli və ya hansısa dövlətin nəzarətində olması anlamına gəlmir. Əksinə, nəqliyyat və kommunikasiya layihələrinin əsas xüsusiyyəti müxtəlif tərəflərin həmin marşrutlardan iqtisadi və logistika baxımından istifadə etməsidir. EMK rəsmisinin iddiasını sübut etmək üçün layihənin hansı konkret mexanizmlə Azərbaycanın nəzarətinə keçəcəyini göstərmək lazımdır. Hansı hüquqi sənəd Azərbaycanın Ermənistan ərazisində bütün strateji kommunikasiya yollarına nəzarət etməsinə imkan verəcək? Hansı maddə Ermənistanın öz ərazisində kommunikasiyalardan istifadə hüququnu məhdudlaşdıracaq? Hansı mexanizm Azərbaycanın “maneəsiz hüququnu”, Ermənistanın isə belə hüquqdan məhrum edilməsini nəzərdə tutur? Açıqlamada bu sualların heç birinə cavab yoxdur.

Bunun əvəzinə ümumi və emosional bir nəticə irəli sürülür: “Əgər biz TRIPP-in həyata keçirilməsi yolunu seçsək, bütün strateji kommunikasiya yolları Azərbaycanın nəzarətində olacaq bir Ermənistan əldə edəcəyik. Bununla yanaşı, Azərbaycanın Ermənistan ərazisindən keçməklə maneəsiz kommunikasiya hüququ olacaq, Ermənistanın isə belə imkanı olmayacaq”.

“Nəzarət” sözünün arxasında nə var?

Zurabyanın açıqlamasında ən mühüm məsələ “nəzarət” anlayışının necə təqdim edilməsidir. Çünki kommunikasiya xəttinin bir ölkənin ərazisindən keçməsi ilə həmin ölkənin bütün strateji kommunikasiyalarının başqa dövlətin nəzarətinə keçməsi eyni şey deyil. Əgər bir dövlət öz ərazisindən keçən beynəlxalq nəqliyyat və kommunikasiya marşrutunun təhlükəsizliyini, hüquqi rejimini və fəaliyyət mexanizmini müəyyən edirsə, bunu avtomatik olaraq başqa dövlətin suveren nəzarəti kimi təqdim etmək mümkün deyil. Bunun üçün konkret hüquqi əsas göstərilməlidir. Əks halda istənilən beynəlxalq yol, dəmir yolu, enerji xətti və ya tranzit marşrutu ətrafında eyni iddianı irəli sürmək olar. Halbuki beynəlxalq kommunikasiyaların mahiyyəti məhz müxtəlif ölkələrin ərazilərini bir-birinə bağlamaq və qarşılıqlı istifadəyə imkan yaratmaqdır.

Burada Zurabyanın arqumentində daha bir ziddiyyət ortaya çıxır. O, bir tərəfdən Ermənistanın bütün istiqamətlərdə əməkdaşlıq doktrinasına üstünlük verməli olduğunu bildirir, digər tərəfdən isə Ermənistan ərazisindən keçəcək kommunikasiyanın özünü təhlükə kimi təqdim edir. 

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Zurabyanın dediklərinin ümumi mənzərəsi Ermənistanda müəyyən siyasi dairələrin regionda yeni reallıqların formalaşmasını qəbul etməkdə çətinlik çəkdiklərini göstərir. Onun sözlərinə görə, belə dairələr Azərbaycanla hər hansı kommunikasiya, iqtisadi əlaqə və qarşılıqlı əməkdaşlıq təşəbbüsünü dərhal təhlükə kimi təqdim edirlər: “Halbuki Cənubi Qafqazın gələcəyi sonsuz qarşıdurma üzərində qurula bilməz. Region ölkələri arasında kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı maraqların artması uzunmüddətli sabitlik üçün daha geniş imkanlar yaradır”.

Ekspert qeyd etdi ki, bu baxımdan TRIPP məsələsi ətrafında aparılan müzakirələrə yalnız Ermənistanın daxili siyasi mübarizəsi prizmasından baxmaq kifayət deyil: “Məsələnin regional aspekti də var. Azərbaycan üçün əsas məsələ öz ərazisindən keçən kommunikasiyaların açılması ilə yanaşı, regionda nəqliyyat əlaqələrinin genişləndirilməsidir. Ermənistan üçün isə belə əlaqələrin yaradılması iqtisadi və tranzit imkanlarının artması demək ola bilər. Bütün bunları “Azərbaycan hər şeyə nəzarət edəcək” kimi ümumiləşdirmək isə mürəkkəb regional prosesi bir qorxu şüarına çevirməkdir”.

Səxavət HƏMİD

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see339

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see260

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see258

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see246

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see233

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see232

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see231

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see223

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see222

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see220

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see220

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see216

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see216

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see211

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see205

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see203

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see201

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see200

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri