Oskar dan sonra baş rola dəvət almır
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Məşhur irlandiyalı aktyor Killian Mörfi "Oskar" mükafatını qazandıqdan sonra baş rollara dəvət almadığını bildirib.
Axşam.az xəbər verir ki, bu barədə o, "Variety" nəşrinə verdiyi müsahibədə danışıb.
Aktyor qeyd edib ki, "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar" qazansa da, aşağıbüdcəli filmlərdə çəkilmək istəyi hələ də onun qəlbindədir. Lakin o, gələcəkdə daha iri miqyaslı layihələrdə iştirak edib-etməyəcəyini dəqiq deyə bilməyəcəyini vurğulayıb.
"Oppenheimer" filmindən sonra iştirak etdiyi layihələrdə Killian Mörfi əsasən ikinci dərəcəli rollarda çıxış edib. Buna baxmayaraq, tənqidçilər və tamaşaçılar onun "Həyatın xırdalıqları" və "Stiv" filmlərindəki obrazını yüksək qiymətləndiriblər.
Baxış sayı:117
Bu xəbər 09 Oktyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















