Icma.az
close
up
RU
Öskürəyin səbəbi nədir? Öskürəyi nə kəsir? FOTO

Öskürəyin səbəbi nədir? Öskürəyi nə kəsir? FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ən çox narahatlıq doğuran hallardan biri də öskürəkdir. Havalar soyuduqca əhali arasında öskürəklər artır.  Öskürək əsasən qış aylarında, eləcə də qışdan yaza keçid dövründə virus infeksiyaları, soyuqdəymə zamanı yaranır və bəzən uzun zaman davam edir.

Öskürək tənəffüs yollarının təbii müdafiə reaksiyasıdır. Əsas funksiyası tənəffüs yollarına düşmüş yad cismləri, zərərli toz və qaz hissəciklərini, bronx sekretlərini tənəffüs yollarından uzaqlaşdırılmasıdır. Əksər hallarda heç bir müalicəsiz özü-özünə keçə bilər. Ciddi olmayan səbəblərdən ola biləcəyi kimi ağır xəstəliklərində xəbərçisi ola bilər. Davam etmə müddətinə görə 3 həftəyə qədər kəskin, 3-8 həftəyə qədər yarım kəskin, 8 həftədən artıq olduqda isə xroniki sayılır. 3 həftəyə qədər davam edən öskürəklərə ən çox tənəffüs yollarının virus və bakteriyal infeksiyaları səbəb olur. Xəstələri daha çox narahat edən 3 həftədən artıq davam edən yorucu öskürəklərdir.

Qrip xəstəliyindən sonra davam edən öskürəyin səbəbi nədir?

El arasında qrip və ya soyuqdəymə kimi adlandırılan yuxarı tənəffüs yollarının virus və ya bakteriyal infeksiyalar səbəbi ilə meydana gələn xəstəlikləri zamanla aşağı tənəffüs yollarında da iltihablanmaya səbəb olur və kəskin bronxit xəstəliyi meydana çıxır. Bu halda uzun sürən öskürəkli bəlğəm xəstəni narahat edir.

Hər il daha çox diaqnoz qoyulan allergiya xəstəliyi öskürəyə səbəb olurmu?

Bəzi insanların uzun müddət davam edən öskürəyinin səbəbi hər hansı bir maddəyə qarşı allergiyasının olmasıdır. Bu həssaslıq özünü burun axıntısı,dəri və gözlərdə qızarma və qaşıntı, davamlı asqıraqla göstərə biləcəyi kimi öskürəklə də biruzə verə bilər.

Siqaretə bağlı meydana gələn öskürəyin xarakteri necədir?

Günümüzün ən böyük bəlalarından biri olan siqaret asılılığı bu xəstəliyin əsas səbəbidir. Xəstəlik özünü bronx divarlarında qalıcı daralma, çoxlu sarı qatı bəlğəm ifrazı, xüsusən səhərlər artan bol bəlğəmli öskürək və təngnəfəsliklə biruzə verir.

Öskürəyə qarşı effektiv dərman seçmək üçün simptomun səbəbini aşkar etmək lazımdır.

Hazırda bir neçə qrup öskürək əleyhinə prepa­ratlar mövcuddur:
• Mukolitiklər - bəlğəmi durulaşdıran dərman preparatları. Bu effekt bəlğəmin tərkibindəki mukopolisaxaridlərin parçalanması hesabına alınır. Bu təsirdən sonra seliyin özlüyü azalır və selik tənəffüs yollarından tez xaric olunur.
• Bəlğəmgətirici preparatlar - bəlğəmin həcmini artırır, onu durulaşdırır, müxtəlif stimulyasiya maddələri hesabına ağciyərlərin selikli qişasını möhtəviyyatı daha aktiv xaric etməyə vadar edir, bəlğəmin boşalmasını asanlaşdıraraq öskürəyi aradan qaldırır.

• Bronxolitik prepa­ratlar - bronxların spazmını aradan qaldıran maddələrdir və yalnız həkim məsləhəti ilə qəbul olunur.

Yaş öskürək zamanı qatı bəlğəmi durulaşdıran, orqanizmdən xaric edən bəlğəm təmizləyən vasitələrdən istifadə olunur.
Fibron bəlğəmgətirici, öskürək əleyhinə preparatdır. Bronxial vəzi hüceyrələri tərəfindən selik ifrazını artırır, qatı bəlğəmin bronx divarına yapışmasının qarşısını alır. Fibron bəlğəmin tərkibindəki zülalları parçalayır, bəlğəmi yumşaldır və xaric olmasını asanlaşdırır. Fibron tənəffüs yolu hüceyrələrinə qoruyucu təsir etdiyi üçün siqaret çəkən insanlarda ağciyərləri siqaretin zərərli təsirindən qoruyur. Ağciyər xərcənginin əmələgəlmə riskini azaldır. Fibronun tərkibində şəkər əvəzi sorbitol olduğu üçün şəkərli diabet xəstələri rahatlıqla istifadə edə bilərlər.
Quru (tutmaşəkilli) öskürək zamanı bəlğəmgətirici preparatlarla yanaşı, antiallergik dərmanların da qəbulu tövsiyyə olunur. Belə ki, antiallergik dərmanlar - qrip virusları, bakteriyalar, hava tozcuqları tərəfindən boğazda yaranan qıcıqlanmaları aradan qaldırır.

Qəbul qaydası və dozalanması: Birinci 2-3 gün ərzində 5 ml gündə 3 dəfə, qalan 7-8 gün ərzində 5 ml olmaqla 2 dəfə daxilə qəbul etmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:569
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri