Icma.az
close
up
RU
Xroniki öskürəyin səbəbləri

Xroniki öskürəyin səbəbləri

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Öskürək orqanizmin müdafiə mexanizmidir. Xəstəlik zamanı öskürək nəfəs yollarında yığılan artıq seliyi və ziyanlı maddələri xaric etməyə kömək edir.

Lakin bəzən öskürək çox uzunmüddətli olur (8 həftədən artıq). Buna tibbdə "xroniki öskürək" deyilir. Xroniki öskürək xəstəlik deyil, bu müxtəlif pozulmaların simptomudur. Xroniki öskürək uzun müddət ərzində keçməyən öskürəkdir. Bu çox yayılmış problemdir.

Xroniki öskürəyin ən yayılmış səbəbləri arasında:

- Siqaret çəkən insanların əksər hissəsi xroniki öskürəkdən əziyyət çəkir. Siqaret tüstüsü bronxlara çox mənfi təsir edir - bronxların daralmasına və bronxların xroniki iltihabına səbəb olur. Bu səbəbdən siqaret çəkən insanların əksəriyyətində xroniki bronxit aşkar olunur. Digər siqaret tüstüsünün təziri ilə bağlı olan problem - bronxların xroniki obstruktiv xəstəliyidir. Bu xəstəlik zamanı bronxlarda daralma baş verir. Nəticədə xəstədə xroniki öskürək, təngnəfəslik, havanın çatmaması hissi yaranır. Bir çox hallarda xəstələr bu simptomları ürək xəstəlikləri ilə əlaqələndirirlər.

- Astma xəstəliyi xroniki öskürəyin əsas səbəblərindən biridir. Astma zamanı xəstənin bronxlarında daralma və iltihab baş verir. Astma xroniki öskürək, xırıltı nəfəsalma, boğulma tutmaları ilə müşahidə olunur.

- Saglamolun.az xəbər verir ki, reflyüks xəstəliyi də xroniki öskürəyin səbəbi ola bilər. Bu xəstəlik zamanı mədə şirəsinin bir hissəsi qida borusuna və qırtlağa düşür. Nəticədə nəfəs yollarının spazmı əmələ gəlir ki, bunun nəticəsində insan öskürür. Reflyüks xəstəliyinin digər simptomları arasında: qıcqırma, ağızda turş dad.

- Burun ciblərinin iltihabları (rinit, sinusit) də xroniki öskürəyin səbəbi olur. Bu zaman selik burun boşluğundan qırtlağın axra divarından tökülərək nəfəs yolları qıcıqlandırır və iltihaba səbəb olur.

- Bəzi dərman preparatların qəbulu da (xüsusilə hipertoniya zamanı istifadə olunan dərmanların - məsələn, kaptopril və s.) xroniki öskürəyə səbəb olur.

- Xroniki öskürəyin səbəbi həmçinin ağ ciyər şişləri də ola bilər.

- Yad cismin nəfəs yollarına düşməsi də xroniki öskürəyə səbəb olur. Bu hal daha tez-tez uşaqlarda müşahidə olunur.

- Ürək xəstəlikləri və ürək çatışmazlığı zamanı da xroniki öskürək digər simptomlarla yanaşı qeyd olunur.

Əgər xroniki öskürək fonunda öskürək zamanı qan, irin ifraz olunursa, bədən hərarəti artırsa, insan özünü çox zəif hiss edir, tez-tez tərləyirsə, təngnəfəslik inkişaf edirsə, dərhal həkimə müraciət edin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri