Icma.az
close
up
RU
Otel otaqlarında iyrənc əyləncələr, qadın alveri, insan ləyaqətini tapdalayan münasibətlər

Otel otaqlarında iyrənc əyləncələr, qadın alveri, insan ləyaqətini tapdalayan münasibətlər

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Pul və layiq olunmayan vəzifə insanın xarakterini dəyişdirən, onu əxlaqi dəyərlərdən uzaqlaşdıran ən güclü iki vasitədir. Bu “zəhər” xüsusilə zəhmətsiz əldə olunanda daha sürətlə təsir edir. Zəhmətlə qazanılan pul, alın təri ilə əldə edilən vəzifə insanda həm məsuliyyət, həm də dəyərlilik hissi yaradır. İnsan qazanmaq üçün çəkdiyi əziyyətin qədrini bildiyi üçün onu dəyərləndirir, daha faydalı işlərə yönəldir. Lakin havayı gələn sərvət və tapşırıqla, ya da yaltaqlıqla qazanılmış vəzifə əksinə, insanda məğrurluq, lovğalıq və dəyərlərə qarşı laqeydlik yaradır.
Qudurğanlığın inkişaf mərhələləri çox vaxt oxşardır. Əvvəlcə göstərişli həyat başlayır bahalı avtomobillər, dəbdəbəli saraylar, markalı paltarlar, təmtəraqlı tədbirlər. Sonra dünya ləzzətlərinə həddindən artıq aludəçilik yaranır saysız-hesabsız səfərlər, əyləncələr, narkotik, bahalı daş-qaşlar. Bir müddət sonra bunlar da adiləşir və insan daha çox hiss oyadacaq “macəralar” axtarmağa başlayır. Bu mərhələdə çox vaxt əxlaqsızlıq və mənəvi deqradasiya ön plana çıxır otel otaqlarında iyrənc əyləncələr, qadın alveri, insan ləyaqətini tapdalayan münasibətlər. Bu da doyurmayanda isə qudurğan insan üçün ən təhlükəli zövq mərhələsi başlayır kasıblara, zəiflərə, köməksizlərə həqarət etmək, onları alçaltmaq, döymək, söymək. Bu, artıq şeytani instinktlərin tam üzə çıxması deməkdir. Burada məqsəd maddi zövqdən çox, güc nümayişi və mənəvi üstünlük hissini yaşamaqdır. Belə qudurğanlar çox vaxt intihar mərhələsinə gəlib çıxmırlar, çünki intiharın içində bir az da həssaslıq, vicdan və mədəniyyət hissi var. Halbuki qudurğan şəxs bu dəyərlərin hamısını itirib. Ona görə də yaşamı boyunca yalnız daha çox şər, daha çox əxlaqsızlıq, daha çox güc nümayişi ilə öz varlığını “doğrultmağa” çalışır.
Əslində bu yalnız konkret şəxslərin problemi deyil. Əgər insanın təfəkkürü, mənəvi dünyası kasaddırsa, onu potensial qudurğan edən yalnız fürsətdir. Əlinə sərvət və güc keçən, amma daxili mədəniyyəti olmayan istənilən şəxs bu yola qədəm qoya bilər. Bu cür insanları birləşdirən ortaq cəhətlər səviyyəsizlik, kitabdan və bilikdən uzaq olmaq, pul və vəzifəyə sonsuz sevgidir. Onlar üçün həyatın dəyəri maddi ölçülərlə hesablanır, insanlıq, mərhəmət və ədalət isə yalnız dildə qalan boş sözlərdir.
Beləliklə, qudurğanlığın kökü təkcə pulla və vəzifəylə ölçülmür, əsas səbəb insanda mənəvi sütunların olmamasıdır. Əxlaqi prinsipləri möhkəm olmayan hər kəs, imkan düşdükdə, eyni aqibəti yaşaya bilər.
Əli İbrahimov, hüquqşünas
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri