Icma.az
close
up
RU
Otel qiymətləri uçur, istirahət isə sadəcə xəyal olur

Otel qiymətləri uçur, istirahət isə sadəcə xəyal olur

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay fəslidir. Dəniz, dağ, təbiət hamısı insanı özünə çəkir. Bədən istirahət, ruh sakitlik istəyir. Amma Azərbaycanda istirahət artıq lüks sayılır. Bakıdan bir az uzaqlaşmaq istəsən, qarşına çıxan ilk sual “pulun varmı?” olur. Qəbələdə, Şəkidə, Qusarda yerləşən 3-4 ulduzlu otellərdə bir gecənin qiyməti orta statistik vətəndaşın yarım aylıq qazancına bərabərdir. Ailəvi istirahət isə bəzən bir ayın maaşını tam yeyib bitirir.

Halbuki bu ölkədə rəsmi orta əməkhaqqı təxminən 900-1000 manat arasındadır. Reallıqda isə çox ailə bu məbləğin yarısını belə qazanmır. Kirayə, kommunal, bazarlıq, uşağın məktəb xərcləri və sonda “istirahət” üçün ayırmağa heç nə qalmır.

Maraqlıdır, niyə bu qədər otel tikilib, əgər əhalinin böyük hissəsi ora gedə bilmirsə? Bu sualın cavabı turizm siyasətində, qiymət tənzimlənməsində və sosial bərabərlikdə gizlənir. Otel sektorunun əksəriyyəti daha çox xarici turistlərə və ya yüksək gəlirli yerli əhaliyə xidmət edir. Ortastatistik azərbaycanlı isə ya nənə kəndinə gedir, ya da evində ventilyatorla “yay istirahəti” keçirir.

Bəzi ölkələrdə hökumət daxili turizmi stimullaşdırmaq üçün tətil çekləri, vergi güzəştləri, regional turizm aksiyaları təqdim edir. Bizdə isə “əgər imkanın yoxdursa, istirahət etmə” yanaşması hakimdir.

Bilməliyik ki, istirahət bir lüks deyil. O, insan haqları içində yer almalıdır. İstirahət etməyən insan daha tez qocalır, daha çox xəstələnir və daha az yaradıcılıq göstərə bilir. Əgər ölkədə daxili turizm yalnız seçilmişlərə xidmət edirsə, bu həm iqtisadi bərabərsizliyin, həm də sosial ədalətsizliyin göstəricisidir.

Leyla Mirzə,  Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri