Icma.az
close
up
RU

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 17 əcnəbi saxlanılıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.


Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin noyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Onların 10-u Azərbaycan, 8-i Əlcəzair, 3-ü İran, 3-ü Mərakeş, 2-i Banqladeş və 1-i Pakistan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılmışdır;

• sərhəd rеjim qaydalarını pоzduqlarına görə 934 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;

• cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 337 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 440 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;

• narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır;

• qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Makarov PM silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülmüşdür.

Dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see323

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see239

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see211

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see209

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see195

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see134

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see133

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see132

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see129

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri