Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 62 minə yaxın müraciət daxil olub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 may, AZƏRTAC
Cari ilin aprel ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı mərkəzi tərəfindən 55 min 635 canlı rejimdə, digərləri isə səsli menyu xidməti vasitəsilə olmaqla, ümumilikdə 61 min 787 xidmət göstərilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergiödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür və göstərilən xidmətlər ödənişsizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 May 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















