Moldovanın hava məkanı PUA larla pozulub
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb.
Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığında müşahidə edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kauşanı yaşayış məntəqəsi yaxınlığında tüstülənən pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkar ediblər. PUA qalıqları Hinçesti rayonunun Dubrovka kəndi yaxınlığında, Delakeu və Puxeçeni kəndləri arasında da tapılıb. Krokmaz kəndində dronun üzüm bağına düşməsi nəticəsində quru bitki örtüyü yanıb, yaxınlıqdakı evin isə pəncərələri sınıb.
İnsidenti araşdırmaq üçün polis və Milli Ordunun bölmələri hadisə yerinə gedib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















