Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sentyabrın 15-də Bakı metropolitenindən 605 081 sərnişin istifadə edib.
"APA-Economics" bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub.
Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3% çoxdur.
Xətlərin ayrılması layihəsinin həyata keçirildiyi bu günlərdə metrodan istifadənin artması bu nəqliyyatın şəhər sakinləri üçün nə qədər vacib olduğunu bir daha göstərir. Tikinti işləri tamamlandıqdan və xətlər tam ayrıldıqdan sonra intervallar azalacaq, səyahətlər daha rahat və sürətli olacaq.
Baxış sayı:112
Bu xəbər 16 Sentyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















