Icma.az
close
up
RU
Ötən gün yayılan video ilə bağlı nazirlikdən AÇIQLAMA

Ötən gün yayılan video ilə bağlı nazirlikdən AÇIQLAMA

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevral ayında “UĞUR Estetik Mərkəzi 777” adı altında qeyri-qanuni fəaliyyət gösətərən mərkəzdə baş tutub.

“Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən və “UĞUR Estetik Mərkəzi 777” adı altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə plandankənar yoxlamalar keçirilib.

Sonuncu dəfə daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul 2025-ci ildə növbəti plandankənar yoxlama aparılıb, obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”, – bildirilib.

Məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil:

“Vətəndaş müraciəti əsasında cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında müvafiq vəsatətin qaldırılması məqsədilə təqdimat yazılaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazriliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib.

Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq özəl tibb fəaliyyəti sahəsində dövlət nəzarətini həyata keçirir, aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati tədbirlər görülür və qanunsuz fəaliyyətin dayandırılması məqsədilə əlavə tədbirlər həyata keçirilir”.

Mərkəzdən o da bildirilib ki, vətəndaşların maarifləndirilməsi və onların qanunsuz tibbi xidmət göstərən şəxslərin qurbanına çevrilməsinin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi saytında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı” tərtib olunaraq linkdə yerləşdirilib.

Bundan əlavə, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytı və sosial media hesablarında plastik cərrahiyyə əməliyyatlarından əvvəl diqqət edilməli vacib məqamlarla bağlı maarifləndirici video çarx hazırlanaraq yayımlanıb.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara bir daha tövsiyə edir ki, hər hansı cərrahi və ya invaziv tibbi müdaxilədən əvvəl xidmət göstərən şəxsin tibb işçisi kimi qeydiyyatda olmasını, ixtisasını və tibbi müəssisənin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini mütləq dəqiqləşdirsinlər. Bu, sağlamlığın və həyatın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 İyul 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri