Icma.az
close
up
RU
Yoluxma artır Yayılan virusla bağlı nazirlikdən AÇIQLAMA

Yoluxma artır Yayılan virusla bağlı nazirlikdən AÇIQLAMA

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur".

Bu sözləri Bakupost.az -a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

"Kəskin respirator virusların yayılması ilə yanaşı qeyd etmək lazımdır ki, dekabr–fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur. Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər.

Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.

Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır. Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir".

İnfeksionist bildirib ki, qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur:

"Peyvəndləmə üçün əsasən sentyabr–oktyabr ayları daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.

İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlər hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır.

Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun. Aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır.

Qeyd olunan tədbirlərə riayət etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür və hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri