Icma.az
close
up
RU
Ötən il 178 pensiyaçı aldadılıb: Nələrə diqqət etmək lazımdır?

Ötən il 178 pensiyaçı aldadılıb: Nələrə diqqət etmək lazımdır?

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsaitin talanması haqqında çox diqqətçəkən  məlumat paylaşıb. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Sektorda ciddi problemlərin olmasından xəbər verir".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, paylaşılan məlumatda maraqlı məqam var:

"Qeyd olunurdu ki, bu cinayətlərin 178-i "bankamatdan pul çıxarılmasına kömək adı ilə"  vətəndaşın aldadılması yolu ilə həyata keçirilib. Düşünmək olar ki, bu üsulla aldadılanların əksəriyyəti pensiyaçılar olub. Əlbəttə, çox təəssüfləndiricidir. Təsəvvür edək,  178 pensiyaçı  bir ay pulunu gözləyir, son anda onu hansısa kiberdələduz  “yardım etmək” məqsədilə kart nömrəsi, PIN kodu və digər vacib məlumatları ələ keçirməklə  mənimsəyir. Kimdir günahkar? Fikrimcə, hamımız. Cəmiyyət bunun fərqində olmalıdır. Əlbəttə, ilk növbədə  pensiyaçı diqqətli olmalıdır, amma  pensiyaçını günahlandırmaq doğru olmazdı. İlk növbədə bu 178 pensiyaçı hansı bankın müştərisidirsə, məsuliyyət daşıyan da onlardır. Daha çox vəzifə onların üzərinə düşür".

Ekspert qeyd edib ki, banklar müştərilərinin təhlükəsizliyini qorumaq üçün daha ciddi işlər aparmalı, bura resurslar ayırmalıdır: "Xüsusilə, pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir. Pensiyaçıların kartları ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülə bilər. Bütün bankomatların ətrafı müşahidə kameraları ilə təmin edilməli və onlar daim işlək vəziyyətdə olmalıdır. Eyni zamanda aidiyyatı dövlət qurumları tərəfindən yaşlı insanlara kiber fırıldaqçılıq üsulları izah edilməli və onların heç bir halda bank kartı məlumatlarını, PIN kodlarını və SMS təsdiq kodlarını başqalarına verməmələri tövsiyə olunmalıdır. 

Ailə üzvləri də yaşlı insanlara kartlarındakı vəsaitlərdən istifadə ilə bağlı daim nəzarət etməlidir. Onlara bank adından, yaxud dövlət qurumları adından bank kartı ilə bağlı  hansı zənglər və mesajlar aldıqları barədə, kartdan istifadənin kimə həvalə edilməsi haqqında məlumatlı olması da faydalıdır".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri