Icma.az
close
up
RU
Belemdə Türkiyənin 2053 emissiyaların azaldılması hədəfləri müzakirə olunub

Belemdə Türkiyənin 2053 emissiyaların azaldılması hədəfləri müzakirə olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul, 14 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Sabancı Universitetinin İstanbul Siyasətlər Mərkəzi (İPM) tərəfindən hazırlanan araşdırmaya əsasən, Türkiyə elektrikləşmə və texnoloji dönüş vasitəsilə istixana qazı emissiyalarını 2035-ci ilə qədər 35, 2053-cü ilə qədər isə 61 faiz azalda bilər.

AZƏRTAC xəbər verir ki, bu mövzu Braziliyanın Belem şəhərində davam edən COP30 çərçivəsində mərkəz tərəfindən “Bu gündən 2053-ə: Türkiyə xalis sıfır emissiyaya necə çata bilər?” mövzusunda keçirilən paneldə müzakirə olunub.

Tədbirdə İPM tərəfindən hazırlanan “Türkiyənin karbonsuzlaşdırma yol xəritəsi: 2053-də xalis sıfıra doğru” başlıqlı “referans” və “xalis sıfır” olmaqla iki ssenarinin işlənildiyi hesabatın detalları paylaşılıb. Buna əsasən, Türkiyə iqtisadiyyatının mövcud siyasətlə davam etməsi halında enerji tələbi və istixana qazı emissiyalarının necə formalaşacağını göstərən “referans” ssenarisində emissiyaların 2035-ci ildə 655 milyon tona çatacağı hesablanıb. İqtisadiyyatda zəruri siyasət müdaxilələri tətbiq edildikdə enerji tələbinin və emissiyaların necə dəyişəcəyini ortaya qoyan “xalis sıfır” ssenarisində isə emissiyaların təxminən 370 milyon tona düşəcəyini proqnozlaşdırılır. Bu isə emissiyaların 573,8 milyon tonla zirvəyə çatdığı qiymətləndirilən 2021-ci il səviyyəsi ilə müqayisədə təxminən 35 faiz azalma deməkdir.

Hesabat, həmçinin göstərir ki, “xalis sıfır” hədəfinin qoyulduğu 2053-cü ildə emissiya 223 milyon ton səviyyəsinə enəcək. Bununla, 2021-ci illə müqayisədə təxminən 61 faiz azalma əldə edilə bilər.

Məruzədə “xalis sıfır” hədəfində ən mühüm rolun elektrik sektorunun üzərinə düşdüyü qeyd edilib.

Bildirilib ki, Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkənin daha iddialı bir iqlim siyasəti qəbul etməsi üçün imkan yaradır. Bu, həmçinin vətəndaş cəmiyyəti və iqlim hərəkatının təsirini artırması üçün də böyük bir imkan deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri