Icma.az
close
up
RU
Ötən il dövlət büdcəsində bu qədər artıqlıq yaranıb RƏSMİ

Ötən il dövlət büdcəsində bu qədər artıqlıq yaranıb RƏSMİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

2025-ci il dövlət büdcəsinin gəlirləri 39131,1 milyon manat, xərcləri 38603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39131,1 milyon manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1969,3 milyon manat çox icra edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24650,1 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 16353,5 milyon manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14481,0 milyon manatı və ya 37,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6369,9 milyon manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1200,8 milyon manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür.
2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2024-cü illə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 1700,0 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 545,5 milyon manat və ya 3,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz çox, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 278,8 milyon manat və ya 4,2 faiz az vəsait daxil olub.
2025-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əmək haqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Dövlət büdcəsinin xərcləri 38603,6 milyon manat icra olunub ki, bu da 2024-cü illə müqayisədə 889,9 milyon manat və ya 2,4 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 22116,2 milyon manatı və ya 57,3 faizi cari xərclərə, 14387,9 milyon manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2099,5 milyon manatı və ya 5,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri