Ötən il maşinistlər qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama edib
Icma.az, 525.az saytına istinadən bildirir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama ediblər.
Bu barədə 525.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, qatar qarşısına çıxan qəfil maneələrə görə 18 dəfə toqquşma qaçılmaz olub. Nəticədə 10 nəfər ağır xəsarət alıb, 8 nəfər isə ölüb.
"Unutmayın, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür və bunun üçün böyük məsafəyə ehtiyac var!
Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir! ADY üçün təhlükəsizlik prioritetdir. Bu məqsədlə davamlı olaraq sosial mediada maarifləndirmə kampaniyaları təşkil edilir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçilir", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 19 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















