Ötən il ölkədə 91.7 min iş yeri açılıb, 88.8 mini bağlanıb... Tikinti sektorunda paytaxt liderlik edir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti sahəsində 19 340 iş yeri açılıb.
“AzPolitika” bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faizlik artım deməkdir.
Hesabatı təhlil edən iqtisadçı Toğrul Maşallı bildirir ki, bununla belə ölkənin "tikinti meydançası" qismində Qarabağ yox, məhz Bakı çıxış edir. Belə ki, tikinti sahəsində açılan iş yerlərinin 76.7%-i Bakının payına düşür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına tikinti sahəsində açılan iş yerlərin cəmi 235-i düşür. Bu iqtisadi rayonlarda müvafiq olaraq ən çox iş yeri təhsil və turistlərin yerləşdirilməsi sahələrində açılıb.
İqtisadçı bir məsələyə də aydınlıq gətirir: ”Əlbəttə, qeyd edə bilərsiniz ki, müvafiq işləri həyata keçirən şirkətlər Bakıda qeydiyyatdan keçiblər deyə onların məlumatları Bakı üzrə qeydə alınır. Bununla belə, ölkə üzrə 2025-ci ilin doqquz ayı ərzində 91 718 iş yeri açılıb. Ümumi muzdla çalışan şəxslərin sayında bu cəmi 2.9 min nəfərlik artım verib. Başqa sözlə yalnız rəsmi statistikaya görə 91,7 min iş yeri açıldığı halda 88,8 min iş yeri bağlanıb. Eyni zamanda rəsmi olaraq ölkədə 278.7 min işsiz var”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















