Ötən il qəbul imtahanlarında abituriyentlərin 41.44% i 200 dən az bal toplayıb
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ildə I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 41.44%-i 200-dən az bal toplayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.
“Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0–200), (200–300), (300–500), (500–700) intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 41.4 faizi imtahandan “2”, 20.9%-i “3”, 26.4%-i “4”, 11.3%-i isə “5” qiymət alıb”, - hesabatda deyilir.
Qeyd olunub ki, ötən il bu göstəricilər, uyğun olaraq, 46.3%, 21.1%, 24.8%, 7.9% olub: “Göründüyü kimi, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 29.4%-ni “3”, 46.1%-ni “4”, 19.1%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.3%, 43.2%, 13.1% olub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















