Icma.az
close
up
RU
Ötən il xaricdə döyüşmüş 5 nəfər saxlanılıb

Ötən il xaricdə döyüşmüş 5 nəfər saxlanılıb

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

Gununsesi.info xəbər verir ki, müşavirədə 2024-cü ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, Sərhəd Mühafizəsi sahəsində və ölkəmizdə keçirilmiş COP29 beynəlxalq konfransı çərçivəsində Dövlət Sərhəd Xidməti qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qeyd olunub.

Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.

2024-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:

– fevralın 12-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;

– dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;

– ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;

– il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitənin, 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 28 ton 754 kq narkotik xassəli bitkinin məhv edilməsi;

– işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yolun çəkilməsi, 126.5 km yolun əsaslı təmir olunması, 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması, 30.6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xəttinin çəkilməsi;

– 110.27 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdiriməsi qeyd edilib.

2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq DSX-nin struktur qurumlarının hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə göstərişlər verilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri