Icma.az
close
up
RU
Ötən ilə baxış: Əsəddən Makrona, Yaxın Şərqdən NATOyadək ANALİZ

Ötən ilə baxış: Əsəddən Makrona, Yaxın Şərqdən NATOyadək ANALİZ

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Yola saldığımız 2024-cü il bir sıra regional və qlobal hadisələrlə yadda qalıb. Ötən illərdən, hətta ötən əsrdən qalma münaqişələr həllini tapmadı. Aparıcı güclərin maraqları toqquşduğundan siyasi, hərbi, silahlı qarşıdurmalar davam edir. Bütün hallarda sülh, əmin-amanlıq, əməkdaşlıq, firavanlıq, ədalət və birgə yaşayış dünya əhalisinin bu ildə başlıca istəyi, arzusu olaraq qalır. Həmin hadisələrin bəzilərinin qısa şərhini diqqətinizə çatdırırıq.

Bəşər Əsədin rejiminin sonu

Təbii ki, ötən ilin ən vacib hadisəsi Suriyada baş verib. Noyabrın 27-də “Həyati-Təhrir-Şam” və Suriya Azadlıq Ordusunun başladığı ölkənin Bəşşar Əsəd rejimindən azad olunması hərəkatının uğurlu nəticəsi 2024-cü ilin ən başlıca hadisəsi sayıla bilər. Bu silahlı hərəkat nəticəsində Əsəd istefa verib, Rusiyaya sığınıb. Rejimin süqutu Yaxın Şərqdə yeni, mütərəqqi siyasi-iqtisadi vəziyyətin yaranacağına ümidləri artırır. O, regionda dəyişiklikləri tormozlayan, ona tıxac rolunu oynaya qüvvələrin nümayəndəsi kimi 13 il Suriyanı da geri salıb.

Davam edən İsrail-Fələstin münaqişəsi

Ötən il də İsrail-Fələstin münaqişəsi müasir dünyanın ən uzunömürlü qarşıdurması olaraq qaldı. HƏMAS-la yəhudi dövləti arasında müharibə davam edib. Bir ildən artıq sürən bu savaş regionda bir çox məsələlərin ifşasına səbəb olub. İsrail və HƏMAS-ın arxalarında duran qüvvələr müharibə gedişində özlərini və maraqlarını gizlətmədilər. Münaqişənin başlıca aktorlarından birinin İran olduğu daha qabarıq şəkildə üzə çıxdı. Belə mülahizə etmək olar ki, müharibə Fələstinin maraqlarından çıxış edən HƏMAS-la İsrail arasında deyil, regionda ən böyük güc olduğunu göstərmək istəyən İslam Respublikası hakimiyyəti ilə yəhudi dövlət arasında gedir. Çünki HƏMAS, Livan “Hizbullah”ı , Yəməndən husiləri, Suriyadan Bəşşar Əsədi və Fatimiyyun“çuları, İraqdan “müqavimət hərəkatı” adı altında fəaliyyət göstərən silahlı qüvvələrin İsrailə qarşı savaşını Tehran əlaqələndirib və yönəldib.

Pezeşkianın qalibiyyəti - islahatçı xəttin qələbəsi

Ötən ilin mayın 19-da İranda Prezident İbrahim Rəisinin helikopter qəzasında ölməsi və növbədənkənar seçkidə Məsud Pezeşkianın qalib gəlməsi ilin ən vacib hadisələrindən sayılır. Onun prezident olması islahatçı xəttin qələbəsi hesab olunur. Seçkiqabağı kampaniya zamanı o, Qərb bloku ilə danışıqlara hazır olduqlarını bildirmişdi. Ehtimal etmək olar ki, HƏMAS, “Hizbullah”ın zəifləməsi, Bəşşar Əsədin süqutuna İran hakimiyyətini axıradək müqavimət göstərməməsi Qərblə danışılmış oyunun bir hissəsidir. Belə qənaətə gəlmək olar ki, Tehran hakimiyyəti özünü qorumaq məqsədi ilə üçünü də qurban verib. Qarşıdan gələn aylarda Qərblə danışıqların mövzusu tərəflər arasında münasibətlərin perspektivini müəyyən edəcək. Artıq Avropa “üçlüyü” – Böyük Britaniya, Almaniya və Fransa ilə İran təmsilçisi arasında Suriyada proseslər başladığı vaxt Cenevrədə danışıqlar olub. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəlib.

Odur ki, bu hadisələr İranla “üçlüyün”, gələcəkdə ABŞ-nin də qoşulması ilə “dördlüyün” görüşlərinin intensivləşməsinə təkan verə bilər.

Trampın qələbəsi

2024-cü ilin mühüm hadisələrindən biri də ABŞ-də baş verdi. Donald Tramp dörd illik fasilədən sonra sanki Yaxın Şərqdə yarımçıq qalmış işlərini davam etdirmək üçün yenidən ölkənin prezidenti seçildi. O, birinci prezidentliyinin ilk ilində İranın nüvə proqramı üzrə “altılıq”la Tehran arasında 2015-ci ilin yayında bağlanmış Əhatəli Razılaşma Müqaviləsindən ABŞ-ni çıxardı. Bununla da İslam respublikası ilə Qərb arasında münasibət yumşalmadan əvvəlki hala qayıtdı. Tramp Yaxın Şərqdə İran hakimiyyətinə qarşı “müsəlman NATO”su yaratmağa səy edib.

HƏMAS, “Hizbullah” və Əsədlə bağlı hadisələr belə bir hərbi birləşmənin yaranması ehtimalını azaldır. Donald Tramp Cozef Baydendən qalma işləri də davam etdirəcək. Bu dəfə ABŞ ilə Avropa İttifaqının Ukrayna cəbhəsində vahid konsepsiya üzrə çıxış edəcəyi istisna edilmir.

Donald Tramp Çin, Şimali Koreya, Afrika, postsovet məkanı ilə bağlı daha sərt siyasət irəli sürə bilər. İlk növbədə Baltikyanı ölkələrdə NATO-nun timsalında ABŞ-nin güclənməsi gözlənilir.

Hakimiyyətinin ilk dövründə onun Rusiyaya qarşı sərt addımlar atacağı ehtimal edilir. Belə qənaətə gəlmək olar ki, Tramp bununla Putinin, yaxud Rusiyanın ən yaxşı halda “dostu”, ən pis halda isə “adamı” olmasına dair fikirləri alt-üst etməyə səy göstərəcək.

Yaxın Şərqdəki yaranmış yeni şərait Trampa ABŞ-nin regional siyasətini həyata keçirmək üçün əlavə imkanlar yaradacaq.

Ermənistanda bitməyən xaos - həbslər, hökumət böhranı

Ermənistan hökuməti üçün isə 2024-cü il qalmaqallarla başlayıb. Yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha altı əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. Elə həmin günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan tutulub.

Eyni zamanda hökumət böhranı da ilin əsas hadisələrindəndir. Ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan “Sinergiya” şirkətinin işi üzrə İstintaq Komitəsinə çağırılıb və fevralın 14-də istefaya göndərilib. Oktyabrın 1-də ədliyyə naziri Qriqor Minasyan istefa verib. Onların ardınca infrastruktur və ərazi idarəetmə naziri Qnel Sanosyan, İstintaq komitəsinin başçısı Arqişti Kərəmyan, daxili işlər naziri Vaqe Kazaryan, habelə dövlət gəliri komitəsinin rəisi Rüstəm Badasyan istefa verib.

Qərbin baş tutmayan Gürcüstan ssenarisi

Ermənistanla yanaşı, Gürcüstanda da vəziyyət sabit olmayıb. Oktyabrın 26-də keçirilən parlament seçkilər ölkənin siyasi mühitini iki qütbə bölüb. "Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası" bu siyasi kampaniyanı qalibi olub. Məhbus Mixeil Saakaşvilinin Milli Demokratiya Partiyası isə uduzub. Seçkinin nəticələrinə müxalifət etiraz aksiyaları keçirib. Onlar iddia edir ki, hakimiyyət 2028-ci ilədək Avropa İttifaqı ilə danışıqları dayandıracaq. Hökumətin bu planına qarşı onlar etiraz etdiklərini bildirib. Bundan başqa Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” (“xarici ölkələrin agenti”) qanun qəbul olunub. Müxalifət də bu qanuna qarşı çıxaraq bir neçə gün nümayiş və mitinq edib. ABŞ və Avropa İttifaqının rəsmi Tbilisiyə sərt münasibəti Gürcüstanın Rusiyaya tam meyllənməsinə əsas verə bilər. Bu baxımdan 2025-ci il rəsmi Tbilisinin sınağı olacaq.

Moldovada qərbpərəst prezident, Ukraynada bitməyən müharibə

Moldovanın hazırkı prezidenti Maya Sandu noyabrın 4-də keçirilən prezident seçkisində 55,33 faiz səslə qalib gəlib. O, Rusiyayönümlü rəqibi Aeksandr Stoyanoqlo 44,59 faiz səs toplayıb. Maya Sandunun yenidən bu vəzifəyə seçilməsi Moldovanın Avropa İttifaqına üzvlük yoluna davam etdiyini göstərir. Bu siyasi kampaniyada Rusiya yönlü siyasətçinin məğlubiyyəti də ölkə seçicilərinin Moskvaya münasibətinin göstəricisi sayıla bilər.

Moldovanın qonşusu Ukrayna Rusiya ilə müharibədə ilk dəfə olaraq rəqibin ərazisinə girib. Bu il avqustun 7-də Ukrayna hərbçiləri RF-nin Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb. Bununla da Kiyev müharibəni Rusiya ərazisinə də köçürüb. Ukrayna Rusiya ilə danışıqlardan Kurskdan alət olaraq istifadə edə bilər. Ehtimal etmək olar ki, 2025-ci ildə də bu savaş davam edəcək. ABŞ və müttəfiqlərinin Ukraynaya yönələn birgə fəaliyyət planı həyata keçirəcək. Bu il Rusiya üçün Ukrayna cəbhəsində çətin ola bilər.

ABŞ və onun NATO-dan olan müttəfiqləri “F-16” və hava hücumundan “Patriot” sistemi verməklə Ukraynanın hərbi texnika cəhətdən gücləndirib. Habelə Ştatlar Kiyevə Rusiya ərazisinə raket icazəsi verməsi müharibədə vəziyyətin daha gərin olacağını proqnozlaşdırmağa əsas verir.

Koreyada yaşanan böhran

Yaxın Şərqdə qarışıqlıq zamanı Uzaq Şərqdə - Cənubi Koreyada hakimiyyət böhranı yaranıb. Dekabrın 3-də Respublikanın Prezidenti Yun Sok Yol hərbi rejimin tətbiqini elan edib. O, bunu konstitusiya quruluşunu “kommunist qüvvələrdən” və “KXDR-dən gələn təhdidlərdən qorumaq üçün zəruri tədbir” adlandırıb. Prezident vurğulayıb ki, dövlətə qarşı olan elementlərin kökünün kəsilməsi vacibdir. Ancaq bu çox uzun sürməyib müxalifət parlamentdə bu qərarın əleyhinə səs verib. Bununla da prezident hərbi rejimi ləğv edib. Parlamentdə yetərsay olmadığı üçün ona etimadsızlıq göstərilməyib. Yun Sok Yola ölkədən çıxmaq qadağan edilib. Ancaq ölkədə hakimiyyət böhranı hələ aradan qalxmayıb.

Qeyd edək ki, Cənubi Koreyanın prezidentləri barədə bir qayda olaraq ya edam hökmü çıxarılır, ya da uzun müddətli həbs cəzası verilir.

NATO aparıcı rollardan birini oynayacaq

Sovetlər dağılandan sonra NATO hərbi-siyasi bloka çevrilib. Ona görə də beynəlxalq aləmdə baş verən müxtəlif hadisələrdə ayrıca söz sahibi kimi çıxış edə bilir. Bu postda on il işləyən Stoltenberqin səlahiyyət müddəti bir neçə dəfə uzadılıb. O, 2014-cü ilin martında NATO-nun baş katibi və Alyans Şurasının sədri təyin edilib. Həmin ilin oktyabrında vəzifəsinin icrasına başlayıb. Onun səlahiyyət müddəti 2018-ci ildə başa çatırdı. Ancaq sonradan iki dəfə iki il müddətinə uzadılıb. Blokun baş katibi olmazdan əvvəl Stoltenberq Norveçin baş naziri (2000-2001 və 2005-2013), maliyyə naziri, ticarət və sənaye naziri, ölkənin Fəhlə Partiyasının lideri olub. Onu bu postda Niderlandın keçmiş baş naziri Mark Rutte əvəz edib. O, NATO-nun 14-cü baş katibi olub. Mark Rutte Türkiyəyə səfər edən sonra Suriyada Bəşşar Əsədə qarşı silahlı hərəkat başlayıb. Ehtimal etmək olar ki, bundan sonra Alyans Yaxın Şərqdəki hadisələrdə aparıcı rollardan birini oynayacaq.

Fransada səngiməyən hökumət böhranları

Dünyada 2024-cü ildə Azərbaycan ictimaiyyətinin izlədiyi məsələlərdən biri də Fransadakı hökumət böhranı oldu. Prezident Emmanuel Makron bu cəhətdən də ölkəsinin ən uğursuz dövlət başçısıdır. 2017-ci ildən indiyədək Cənubi Qafqazda və dünyada anti-Azərbaycan mövqeyi tutan əsas dövlət başçısıdır. Elə ölkələr var ki, onların prezidenti, yaxud hökumət başçısı hakimiyyətə gələndən sonra bir sıra siyasi iddialarından əl çəkir. Ancaq Emmanuel Makron həm prezident, həm də fərd olaraq Azərbaycana qarşı çıxır. O, özünü Fransa imperatoru kimi apararaq, müstəmləkə torpaqlarında Paris rejimini gücləndirir.

Prezidentliyinin birinci dönəmində Ermənistanı müdafiə etmək cəhdləri də uğursuz oldu. Ermənistan, Fransa başda olmaqla havadarları Azərbaycan torpaqlarından çıxarıldı. Rəsmi Paris hər cür anti-Azərbaycan çıxışlar edirdi. Bu hikkəsini o, prezidentliyinin ikinci dönəmində də həyata keçirməyə səy etdi. Bütün cəhdlər uğursuzluqla başa çatıb.

Makronun Fransada həyata keçirmək istədiyi islahat prosesi də uğur qazanmır. Elə 2022-ci ildən indiyədək, iki il müddətində beş baş nazir, yaxud kabinet dəyişikliyi prezidentliyinin ikinci dövründə problemlər məngənəsində boğulduğunu göstərir. Ötən il dörd baş nazirin dəyişməsi Fransada hökumət böhranının göstəricisidir. Makrona etimadsızlıq məsələsi də Fransanın siyasi gündəliyindədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri