Icma.az
close
up
RU
Otlaqlar daralır, arpa tapılmır: Ət bahalaşacaq?

Otlaqlar daralır, arpa tapılmır: Ət bahalaşacaq?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Azərbaycanda son illərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur.

Milli.Az xəbər verir ki, statistik məlumatlar göstərir ki, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,9 faiz azalıb. Son on ilin göstəricilərini təhlil etdikdə isə xırdabuynuzlu heyvanların sayında 20-25 faiz, iribuynuzlu heyvanlarda isə 7-8 faiz geriləmə qeydə alındığı görünür.

Mütəxəssislər və fermerlər bu azalmanın əsas səbəbləri kimi yem bazasının zəifləməsini, təbii otlaq sahələrinin daralmasını və keyfiyyətli yem çatışmazlığını göstərirlər. Bununla yanaşı, arpa və ot kimi əsas yem məhsullarının bahalaşması heyvandarlıqla məşğul olan təsərrüfatların xərclərini artırır və fəaliyyətlərini çətinləşdirir.

Fermerlərin sözlərinə görə, bəzi hallarda yemlərə keyfiyyətsiz qatqıların əlavə olunması heyvanların sağlamlığına mənfi təsir göstərərək tələfat hallarının artmasına səbəb olur. Digər mühüm problemlərdən biri isə heyvanların tam inkişaf etmədən və damazlıq potensialı qorunmadan erkən yaşda kəsimə göndərilməsidir ki, bu da sürülərin sayının azalmasına gətirib çıxarır.

Məsələ ilə balı iqtisadçı Xalid Kərimli qeyd edir ki, əhalinin ət məhsullarına tələbatının təxminən 25 faiz artdığı bir şəraitdə mal-qara sayının azalması bazarda qiymətlərin yüksəlməsini qaçılmaz edir.

Milli Məclisin deputatı Aydın Hüseynov isə hesab edir ki, mövcud vəziyyətin yaxşılaşdırılması üçün damazlıq heyvanların qorunması, fermerlərə dövlət dəstəyinin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun fikrincə, erkən yaşda və normadan aşağı çəkidə olan heyvanların kəsilməsinin qarşısının alınması heyvandarlıq sektorunun davamlı inkişafına töhfə verə bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see352

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see260

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see254

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see238

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see233

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see229

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see224

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see223

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see221

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see216

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see209

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see206

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see204

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see199

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see196

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see194

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see194

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see193

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri