“Ötmə qaydalarının pozulması Sizi və sevdiklərinizi faciəyə aparır” BDYPİ dən xəbərdarlıq
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yollarda təhlükəsizliyin təmin olunması hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Bu baxımdan ötmə və manevretmə qaydaları xüsusi əhəmiyyət daşıyır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində deyilir.
Bildirilib ki, təəssüf ki, son zamanlar bəzi sürücülərin bu qaydaları pozması nəticəsində ağır yol-nəqliyyat hadisələrinin baş verdiyi müşahidə olunur:
“Ötmə və manevretmə qaydalarının pozulması nə ilə nəticələnir?
- Qarşı zolağa çıxaraq ötmə zamanı sürücülərin qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almaması cəmi bir neçə saniyə ərzində toqquşmaya səbəb ola bilər. Bu isə həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükə altına qoyur.
- Düzgün siqnal vermədən və ya sürət həddini aşaraq edilən qəfil manevrlər digər sürücüləri çaşdırır, qəza ehtimalını dəfələrlə artırır.
- Xüsusilə avtobus, yük maşını kimi iri nəqliyyat vasitələrinin qarşısında və ya onların arxasında edilən riskli ötmələr yol-nəqliyyat hadisələrinin ən faciəvi səbəbləri sırasında yer alır.
Müşahidələr göstərir ki, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar daha çox ağır xəsarətlərlə və insan ölümü ilə yadda qalır. Bir anlıq diqqətsizlik və ya məsuliyyətsizlik təkcə qaydanı pozan sürücünün deyil, onunla bərabər günahsız insanların da həyatına son qoya bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:
- Yalnız yol şəraitinin imkan verdiyi hallarda, işıq və yol nişanlarının tələblərinə tam riayət etməklə ötmə əməliyyatı aparın.
- Qəfil və gözlənilməz manevrlərdən çəkinin, sükan arxasında məsuliyyətli olun.
Unutmayın ki, yol hərəkəti qaydaları həyatınızı qorumaq üçün nəzərdə tutulub”.
Bu mövzuda digər xəbərlər:BDYPİ dən ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə MÜRACİƏT
18 Noyabr 2025 10:34
BDYPİ: Ötmə və manevretmə qaydalarına ciddi riayət olunmalıdır
24 Oktyabr 2025 12:43
BDYPİ xəbərdarlıq edir: “Qayda pozuntuları faciəyə aparır dayan!”
31 İyul 2025 12:23
Ötmə qaydasının pozulması ağır qəzaların əsas səbəblərindən biridir DYP
13 Noyabr 2025 10:19
BDYPİ dən sürücülərə xəbərdarlıq
20 Avqust 2025 12:53
Baxış sayı:93
Bu xəbər 20 Avqust 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















