BDYPİ xəbərdarlıq edir: “Qayda pozuntuları faciəyə aparır dayan!”
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir.
Təkcə cari ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb. Eyni zamanda, onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki özlərinin, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırır.
Unutma! Sənin səhvin başqa birinin həyatına son qoya bilər!
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 31 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















