Icma.az
close
up
RU
Oturaq həyat tərzi ürəyə mənfi təsir edir

Oturaq həyat tərzi ürəyə mənfi təsir edir

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni araşdırma oturaq həyat tərzi ilə ürək sağlamlığı arasında güclü əlaqənin olduğunu bir daha təsdiqləyib.

Bakıvaxtı.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Massaçusets xəstəxanasında çalışan alimlərə görə, idman gündəlik fəaliyyətin yalnız kiçik bir hissəsini təşkil edir və mövcud sağlamlıq təlimatları, oturaq həyat tərzinin mənfi təsirlərini azaltmağa dair konkret tövsiyələr ehtiva etmir.

“JACC” akademik jurnalında nəşr olunan yeni araşdırmada, Britaniya Biobankında qeydiyyatdan keçmiş 90 min nəfərin sağlamlıq məlumatlarını təhlil edilib. Araşdırmaya cəlb olunanların 56 faizini qadınlar təşkil edib, onların orta yaşı 62 olub. İştirakçılar 7 gün ərzində biləklərinə taxılan akselerometr vasitəsilə hərəkətlərini qeydə alaraq məlumat təqdim ediblər. Bu iştirakçılar gündə ortalama 9,4 saat oturaq vəziyyətdə qaldıqlarını bildiriblər.

Tədqiqatın məqsədi oturaq vaxt və fiziki fəaliyyətin birgə təsirini qiymətləndirmək və bu faktorların atrial fibrilasiya (AF), miokard infarktı (MI) və ürək çatışmazlığı (HF) kimi ölümcül ürək xəstəlikləri ilə əlaqəsini araşdırmaq olub. Alimlər, iştirakçıları 8 il ərzində izləyərək, 3600 nəfərdə AF, 1850 nəfərdə HF və 1600 nəfərdə MI xəstəliklərinin inkişaf etdiyini müəyyən ediblər. Bu dövr ərzində 900-ə yaxın iştirakçı ürək xəstəliyindən ölüb. Araşdırmanın nəticələri göstərib ki, AF və MI ilə qarşılaşanlar arasında risk zamanla mütəmadi olaraq artıb. Lakin HF və ürək xəstəlikləri ilə qarşılaşanlar üçün oturaq vaxtın gündə 10,5 saata qədər artırılmasında risk artımı minimal olub. Bu həddə çatdıqda isə riskin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub. Fiziki fəaliyyətin tövsiyə olunan 150 dəqiqəlik həftəlik həcmində yerinə yetirilməsi iştirakçılarda AF və MI risklərinə bəzi müsbət təsirlər göstərib, lakin HF və ürək-damar xəstəlikləri (CV) ilə əlaqəli ölümlərin riski bu qrupda da yüksək qalıb. Tədqiqatçılar, bu nəticələrin ictimai sağlamlıq səylərinə və gələcək təlimatlara dair əhəmiyyətli bir məqamı vurğulayırlar - oturaq vaxtın azaldılmasının vacibliyi.

Tədqiqatın həmmüəllifi Şaan Xurşid gündə 10,6 saatdan çox olmayan oturaq vaxtın sağlam ürək üçün məqsəd olaraq qəbul edilə biləcəyini vurğulayıb. Alimlər məsələnin daha da dərindən araşdırılması və oturaq həyat tərzinin ürək sağlamlığına təsirlərinə qarşı daha konkret tövsiyələrin verilməsinin vacibliyini bildirirlər. Onlar iştirakçıların hərəkətsizlik müddətini ölçmək üçün istifadə edilən akselerometrlərin bəzi xətalar edə biləcəyini, xüsusən duruşun düzgün qiymətləndirilməməsi səbəbindən potensial yanlış nəticələr verə biləcəyini vurğulayıblar. Bununla belə, alimlər bu araşdırmanın oturaq həyat tərzi ilə ürək sağlamlığı arasındakı əlaqəni möhkəmləndirən daha çox sübut təqdim etdiyini bildirirlər. Broun Universitetinin Ailə Təbabəti Departamentinin direktoru Çarlz İton bu tədqiqatın insanların sağlamlığını yaxşılaşdırmaq üçün daha çox hərəkət etmələri lazım olduğunu sübut edən güclü dəlillər ortaya qoyduğunu vurğulayıb.(AzərTac)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri