Icma.az
close
up
RU
Ov mövsümü açıldı: Bu qaydalara əməl etməlisiniz

Ov mövsümü açıldı: Bu qaydalara əməl etməlisiniz

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ov mövsümünə icazə verilməsi müsbət göstəricidir. Bu, biomüxtəlifliyə zərər görmüş və sayı azalmış bəzi quş, heyvan və balıq növlərinin müəyyən qədər bərpa olunduğunu göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib. 
"Ov yalnız müəyyən qaydalar çərçivəsində və icazə verilən ərazilərdə mümkündür. Azərbaycan qanunvericiliyinə əsasən, ov mövsümündə yalnız icazə verilmiş növlər ovlana bilər. Ov həftədə bir dəfə olmaqla, cümə, şənbə və bazar günləri həyata keçirilir. Ovçu bu günlərdən birini seçə bilər.
Ov etmək üçün mütləq ovçu bileti tələb olunur. Ovçu bileti yalnız müəyyən rüsum ödənildikdən sonra verilir və bileti olmayan şəxslərə ov etməyə icazə verilmir. Ovçuların cəmiyyətə üzv olması da əsas şərtlərdən biridir".
O bildirib ki, nadir və sayı məhdud olan heyvan və quş növlərinin ovlanması qadağandır:
"Bu qaydaları pozan şəxslər inzibati qaydada cərimələnir. Nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilir.
Ovçu bileti olan şəxs belə ov etmək üçün ayrıca icazə almalıdır. Bu icazələr “ASAN xidmət” vasitəsilə əldə edilə bilər. Ov zamanı yalnız dövlət tərəfindən icazə verilmiş ov alətlərindən istifadə olunmalıdır".
Ekoloq deyib ki, dənizdə balıq ovu ilə bağlı da qaydalar mövcuddur:
"Həvəskar balıqçılara gündə 5 kiloqrama qədər balıq tutmağa icazə verilir. Bu həddi aşanlar cərimə olunur. Daha çox balıq ovu ilə məşğul olmaq istəyən şəxslər isə mütləq lisenziya almalıdırlar. Lisenziyaların verilməsi və nəzarət də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
Vətəndaşlara çağırış edilir ki, ov zamanı xüsusilə diqqətli olsunlar, nadir və qorunan növlərə toxunmasınlar. Qoruqlarda, meşə ərazilərində, park və istirahət zonalarında, eləcə də yaşayış məntəqələrinə 1,5 kilometrdən yaxın ərazilərdə ov qadağandır.
Qaydalarına əməl etməklə ov etmək mümkündür, əks halda qanun pozuntusu inzibati məsuliyyət yaradır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Dekabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri