Icma.az
close
up
RU
Ov mövsümü başladı: Kimlər və harada ov edə bilər?

Ov mövsümü başladı: Kimlər və harada ov edə bilər?

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

22 yanvardan Azərbaycan ərazisində ov mövsümü açıq elan edilərək qaz, ördək və qaşqaldaq ovuna icazə verilib. Ovçuların bu müddət ərzində xüsusi diqqət yetirməli olduğu məqamlar var.

Bu barədə Metbuat.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O bildirib ki, ov etmək istəyən şəxs ilk növbədə ovçuluq biletinə malik olmalıdır:

“Ovçuluq bileti ova hüquq verən sənəddir və hər hansı bir şəxs bunu əldə etmək üçün 5 saylı ASAN Xidmət mərkəzinə müraciət etməlidir. Sənədlərini təqdim etdikdən sonra ona ovçuluğun sınaq imtahanı üçün gün təyin olunur. İmtahanı uğurla başa vurmuş şəxs 2 il müddətli ovçuluq biletini əldə edir. Amma bu o demək deyil ki, ovçuluq bileti olan hər kəs ov edə bilər. Vətəndaşa birdəfəlik ov icazəsi də lazımdır. Bu sənəd regional ekologiya idarələri tərəfindən verilir və burada vətəndaşın ovlayacağı ov obyektinin adı, sayı və onun ov aparacağı ərazi qeyd olunur”.

A. Babayeva qeyd edib ki, ov yalnız ovçuluq təsərrüfatlarında və ov yerlərində aparılmalıdır:

“Ovçuluğun aparılması üçün qadağan olunan yerlər isə yaşayış məntəqələrindən və kurort zonalarından 1,5 - 2 kilometr məsafədə xüsusi mühafizə olunan təbiət əraziləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitar mühafizə zonaları, həmçinin yaşıllıq zonalar, yaşıl adalar, meşə əraziləri və sərhəd əraziləridir. Ümumiyyətlə, hər hansı bir şəxs ov etmək istəyirsə, ov bileti, birdəfəlik ov üçün icazə sənədi, icazə sənədində qeyd etdiyi ov obyekti mütləq olmalıdır. Ovçuluq təsərrüfatlarından kənar ərazilərdə və normadan artıq ov edənləri qanunla müəyyən olunmuş cəzalar və cərimələr gözləyir”.

Nazirlik rəsmisi qeyd edib ki, ovçuluq bileti və birdəfəlik icazə sənədi olan hər bir şəxs həftə ərzində yalnız bir dəfə ov həyata keçirə bilər:

“Ov icazə sənədində həmin gün qeyd olunur. Qeyd olunmuş gündən fərqli gündə ov etmək istəyən şəxslər cərimələnə bilərlər. Yalnız vətəndaş üçün təyin olunmuş gündə və norma daxilində, həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər”.

Qaydalara riayət olunmasının vacibliyini vurğulayan A.Babayeva ov həvəskarlarına daha bir mühüm məqamı da diqqətə almalarını tövsiyə edib:

“İlk növbədə, ovçu məsuliyyətli olmalı, qanunvericiliyə, ətraf-mühitə hörmətlə yanaşmalı və müəyyən edilmiş ov qaydalarına ciddi riayət etməlidir”.

Xidmət rəsmisi hər kəsi, xüsusilə də ovçuluq fəaliyyəti ilə məşğul olan vətəndaşları ov obyektlərinin populyasiyasına ziyan vurmamağa və ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə çağırıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Yanvar 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri