Oval Ofisdə növbəti qalmaqal Trampın şok çıxışı Ramafozanı çətin vəziyyətə saldı + VİDEO
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trump Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafoza ilə keçirdiyi görüşdə “ağ fermerlərə qarşı soyqırım” iddialarını əsas gətirərək onu çətin vəziyyətə salıb.
Hurriyyet.az xəbər verir ki, Oval Ofisdə baş tutan görüş zamanı Tramp Ramafozaya göstərdiyi videolarda yüzlərlə məzar görüntüsünü nümayiş etdirib və “Bu dəhşətli mənzərədir. Belə bir şeyi əvvəllər görməmişdim. Bu insanlar hamısı qətlə yetirilib”, - deyib. Görüş zamanı Oval Ofisin işıqları söndürülərək, Güney Afrikalı rəsmilərin “ağ fermerlərə qarşı zorakılığı təşviq etdiyi” iddia edilən kliplər göstərilib.
Tramp jurnalistlərə açıqlamasında insanların təhlükəsizlik səbəbi ilə Cənubi Afrikadan qaçdığını, torpaqlarının əlindən alındığını və bəzən öldürüldüyünü bildirib.
Cənubi Afrika lideri isə iddiaları qəti şəkildə rədd edərək, göstərilən hadisələrin hökumət siyasəti olmadığını və çoxpartiyalı demokratik sistemdə azlıq partiyaların fikirlərindən ibarət olduğunu vurğulayıb.
“Cənubi Afrikada soyqırım yoxdur”, - deyə o, bildirib.
Tramp Ağ Evin rəsmi sosial media hesabından da bu görüntüləri “Cənubi Afrikadakı zülmün sübutu” olaraq paylaşaraq geniş rezonans yaradıb.
Həmçinin görüş zamanı əlindəki qəzet səhifələrini göstərən Tramp onların “ağ fermerlərin məzar yerləri” olduğunu iddia edib və “ölüm, ölüm” ifadələrini işlədib. O, həmçinin ABŞ-yə zülm gördüklərini düşünən çox sayda insanın gəldiyini və Cənubi Afrikanın da onlardan biri olduğunu bildirib
Azpolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















