Icma.az
close
up
RU
Övladını fahişəliyə cəlb edən ananı hansı cəza gözləyir? Hüquqşünas açıqladı

Övladını fahişəliyə cəlb edən ananı hansı cəza gözləyir? Hüquqşünas açıqladı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib:

“Ana həbs olunub, ata yoxdur, bildiyim qədər ilə ögey ata da saxlanılanlar arasındadır. Kim nə edibsə, cəzasını alacaq”.Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər.Qeyd olunub ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb. Maraqlıdır, bu maddəyə əsasən (CM-nin 171-ci maddəsi) valideynləri nə qədər cəza gözləyir? Məhz təqsirləndirilən şəxsin zərərçəkənin anası olması cinayətə görə verilən cəzanın ağırlığına hər hansı bir şəkildə təsir edir? Qanunvericilikdə "yaxın qohumluq əlaqəsi" cinayətin ağırlaşdırıcı halı kimi qiymətləndirilirmi?

Qeyd edək ki, Türkiyə qanunvericiliyində qohum qətllərində cəzanın ağırlaşdırılması halları var. Məsələ ilə bağlı tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov “Cebheinfo.az”a  açıqlamasında bildirib ki, uşaqların fahişəliyə və ya əxlaqsız əməllərə cəlb edilməsi həm hüquqi, həm də etik baxımdan ən ağır cinayətlər sırasındadır:

“Bu kimi halları yalnız qanunvericilik çərçivəsində deyil, beynəlxalq hüquq prinsipləri və standartları əsasında qiymətləndirmək vacibdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171-ci maddəsində yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə və ya əxlaqsız əməllərə cəlb olunması ilə bağlı konkret hüquqi məsuliyyətlər müəyyən olunub.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171-ci maddəsində əsasən, bu əməlləri törədən şəxsləri üç ilədək müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

171.2. Eyni əməllər:

171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə və ya digər məcburetmə vasitələri ilə törədildikdə; 
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə; 
171.2.4. on altı yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

O bildirib ki, bu cinayətin valideyn tərəfindən törədilməsi halları xüsusilə ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir:

“Bu cür əməllərin valideyn tərəfindən törədilməsi halı, Məcəllənin 171.2.3-cü bəndinə əsasən, ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Bu, təkcə cinayət hüququ baxımından deyil, həm də ailə hüququ və uşaq hüquqlarının müdafiəsi kontekstində mühüm əhəmiyyət daşıyır.Uşaqların fahişəliyə cəlb edilməsi, xüsusilə də bu cinayətin valideyn tərəfindən törədilməsi halları, cəmiyyətdə dərin mənəvi travmalar yaradır və hüquqi baxımdan ən yüksək ictimai təhlükəlilik daşıyan əməllərdən sayılır.Hesab edirəm ki, həm hüquqi mexanizmlər, həm də cəmiyyətin bu məsələyə münasibəti sıfır tolerantlıq prinsipi əsasında qurulmalı və bu cinayətin ört-basdır edilməsi, cəzasızlıq mühiti yaratmaq mümkün olmamalıdır”.

Hüquqşünas qeyd edib ki, dünyada uşaqların istismarı ilə bağlı məsələlərə qarşı sərt qaydalar mövcuddur:

“BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), 34-cü maddəyə əsasən, dövlətlər uşaqları cinsi istismardan qorumaqla bağlı öhdəlik daşıyır. Avropa Şurasının Lanzarote Konvensiyası, uşaqlara qarşı seksual zorakılığın qarşısını almaq üçün konkret mexanizmləri ehtiva edir.Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ isə uşağın fiziki və psixoloji rifahına təhlükə olan hallarda dövlətlərin effektiv müdaxilə etməsini tələb edir”.Onun sözlərinə görə, Türkiyə Cinayət Məcəlləsində bu tip əməllərə görə daha geniş spektrli ağırlaşdırıcı hallar nəzərdə tutulur:

“Türkiyə təcrübəsi ilə müqayisədə, orada valideynin və ya yaxın qohumun belə bir cinayəti törətməsi, cinayətin təkrarlanması və ya ya təşkil olunmuş formada baş verməsi, uşağın fiziki və ya zehni sağlamlığına xələl yetirməsi hallarında 20 ilə qədər və ya ömürlük həbslə nəticələnən cəzalar tətbiq olunur. 

Bu baxımdan, Azərbaycanın Cinayət Məcəlləsində də bu halların ağırlaşdırıcı cinayət tərkibi kimi ayrıca nəzərdə tutulması müsbət tendensiyadır. Lakin təcrübədə tətbiqi zamanı hüquq-mühafizə orqanlarının bu fərqi düzgün müəyyən etməsi və səmərəli müdafiə mexanizmlərinin işləməsi vacibdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Övlad ana zorakılıq cəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri