Övladını həbsdən çıxarmaq istədi, dələduzluğa məruz qaldı
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzluqla üzləşib.
Qaynarinfo-nun məlumatına görə, M.Məmmədovanın qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova ilkin mərhələdə qızının cəzasının azadılması, daha sonra isə azadlığa buraxılması üçün yollar arayıb.
Vaxtilə hüquq-mühafizə orqanlarından çalışan və qohumu vasitəsi ilə tanıdığı bir nəfər bu məsələdə ona yardım edəcəyini deyərək hissə-hissə olmaqla ondan 34 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib.
O, məhkəmənin hökmü ilə 3 il 10 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 Fevral 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















